''Mirzə Cəlil'' Milli Media Mükafatının təqdimat mərasimi keçirilib - FOTOLAR

MEDIA
18:21 27.07.2016
1114
"Mirzə Cəlil" Milli Media Mükafatının təqdimat mərasimi keçirilib. Tədbirdə müxtəlif media orqanlarının nümayəndələri iştirak ediblər.
AZXEBER.COM xəbər verir ki, iyulun 27-də Beynəlxalq Mətbuat Mərkəzində "Mirzə Cəlil" Milli Media Mükafatının ilk təqdimetmə mərasimi təşkil edilib. Tədbirdə müxtəlif KİV-lərin rəhbərləri iştirak ediblər.
Təşkilatçıların verdiyi məlumata görə, "Mirzə Cəlil" Mükafatı bu il təsis edilib və bundan sonra hər il özünün layiqli sahiblərinə təqdim ediləcək.
''Mirzə Cəlil'' Milli Media Mükafatının təşkilat komitəsinin sədri Aqil Ələsgər tədbirlə bağlı bunları deyib:"Biz bu il Azərbaycanın seçmə ziyalıları, mətbuatımızın ağsaqqalları ilə məsləhətləşib, qərara aldıq ki, ölkəmizdə müxtəlif adlarda media mükafatları var. Amma Azərbaycanın ən önəmli karifey isimlərindən biri, mətbuatımızın inkişafında ən azı Həsən bəy Zərdabi qədər xidmətləri olan Mirzə Cəlilin adına mükafat yoxdur. Biz də qərara aldıq ki, bu mükafatı təsis edək və bu yolla onun adını əbədiləşdirək.
''Mirzə Cəlil'' Ali Media Mükafatı hər il sadəcə 5 nəfərə, ''Mirzə Cəlil'' Media Mükafatı isə 10 nəfər veriləcək. Bu mükafat hər ilin iyul ayının son 10 günlüyündə layiq olan, cəmiyyətdə heç bir şəkildə mübahisə yaratmayacaq şəxslərə təqdim ediləcək.
Burada əsas məqsəd Azərbaycan mediasının inkişafında müstəsna xidmətləri olan insanları qiymətləndirməkdir. Bu baxımdan, Azərbaycan mətbuatının dəyərli isimlərinə - Rauf Arifoğlu, Akif Aşırlı, Nəsir Əhmədli kimi şəxslərə mükafatlar verildi. Eyni zamanda bu il multikulturalizm ilidir və bu sahə üzrə yazan qələm sahiblərini də mükafatlandırdıq".
''Mirzə Cəlil'' Milli Media Mükafatının təşkilat komitəsinin münsiflər heyətində Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, teleaparıcı Anar Yusifoğlu, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli, əməkdar jurnalist Azər Həsrət, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli var.
Tədbirdə ilk olaraq, Sabir Rüstəmxanlı çıxış edərək, Mirzə Cəlil ənənəsindən danışıb. S.Rüstəmxanlı çıxışı zamanı bildirdi ki, Mirzə Cəlil həm sovet dönəmində, həm də müstəqillik dönəmində tənqidçi, satirik medianın yaranmasında və inkişafında mühim rol oynayıb. Cəlil Məmmədquluzadənin yaradıcılığı barədə danışan Sabir Rüstəmxanlı dedi ki, “Mirzə Cəlil millətin tərəqqisi yolunda böyük ideoloq olduğu kimi, həm də ətrafındakı ziyalı və qeyri-ziyalını öz səviyyəsinə, ucalığına qaldırması ilə ölçülür”.
Münsiflər Heyətinin digər üzvləri Umud Rəhimoğlu, Rəhim Hüseynzadə və Azər Həsrət çıxış edərək, mükafatın aktuallığından və günümüzdə ona olan ehtiyacdan danışıblar. Anar Yusifoğlu isə çıxışında qeyd edib ki, gələcəkdə Mükafat Fondu da formalaşdırılacaq.
Daha sonra mükafatçılara plaketlər təqdim edildi. Mükafatçılar arasında professor Şirməmməd Hüseynov, BDU-nun jurnalistika fakultəsinin müəllimi Nəsir Əhmədli, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, fotoqraf Elxan Kərimov (ölümündən sonra), Lent.az xəbər portalının baş redaktoru Qabil Abbasoğlu, İTV-nin informasiya departamentinin direktoru Rauf Rəcəbov, “Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, “Azadinform” Agentliyinin baş redaktoru Niyaz Niftiyev, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin var.
Mədəniyyət kanalı, ATV, Lider TV, Region TV və Dünya TV telekanalları da Mirzə Cəlil ideyalarının təbliğindəki inkişafına görə münsiflər heyəti tərəfindən mükafatlandırıldı. Sonda münsfilər heyətinin üzvü, xalq şairi Sabir Rüstəmxanlı tədbirə verdiyi dəstəyə görə iş adamı Məlahət Qurbanovaya “Təşəkkürnamə” təqdim etdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək