Mirzoyan İrana sərhəd mövqeyinə görə tərif yağdırdı

DÜNYA
23:20 24.11.2021
329
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İranın xarici işlər naziri Hosseyin Əmir Abdollahian arasında telefon danışğı olub.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, tərəflər bölgədəki vəziyyəti və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Lavrov Mirzoyanla Qarabağ üzrə razılaşmaların icrasını müzakirə edib- Mirzoyan Azərbaycanın Ermənistan arasında yaranmış sərhəd gərginliyindən sonrakı vəziyyətin təfərrüatlarını Abdollahiyana təqdim edib. O əlavə edib ki, növbəti qarşıdurma regionda sabitlik və təhlükəsizliyin bərqərar olması üçün ciddi təhdid sayılacaq.
 
Mirzoyan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qorunması məsələlərində İranın mövqeyini xüsusi olaraq yüksək qiymətləndirib. Nazirlər müxtəlif sahələrdə əməkdaşlığı da müzakirə ediblər, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün addımlar atmağa hazır olduqlarını bildiriblər.

Tərəflər "Fars körfəzi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi üzrə çoxtərəfli sazişin imzalanması istiqamətində məqsədyönlü işin vacibliyini də qeyd ediblər,-məqalədə yazılıb.

Xatırladaq edək ki, Mirzoyan iranlı həmkarından öncə Rusiya xarici işlər naziri ilə telefon danışığı aparmışdı.

OXŞAR XƏBƏRLƏR