Misir Mərdanov nəhayət ki danışdı

GƏNCLİK
14:54 20.09.2011
3035
Nazir rəhbərlik etdiyi qurumdakı kadr islahatlarını şərh etmək istəmədiyini deyir
Azərbaycanın təhsil naziri Misir Mərdanov yeni müavinlərinin təsdiq olunacağını bildirib.
AZXEBER.COMxəbər verir ki, Trend-ə açıqlamasında nazir yeni təyinatlardan danışıb. “Müavinlərimdən biri təsdiq olunub. Bu, Qulu Novruzovdur. Qalan müavinlərin isə təsdiq olunması gözlənilir”. Mərdanov Təhsil Nazirliyində baş verən kadr islahatlarına şərh vermək istəmədiyini bildirib.
Təhsil Nazirliyində kadr dəyişikliyi baş verib. Nazir müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova tutduqları vəzifədən azad olunublar.
Qulu Novruzov müavin vəzifəsinə təyin olunmazdan öncə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyib.

OXŞAR XƏBƏRLƏR