Misir Mərdanov: ''Rasionallaşdırma məsələsi ilə ciddi məşğul olmaq lazımdır''

Misir Mərdanov:
Bütün Xəbərlər
11:30 10.09.2012
975
Azərbaycanın bölgələrində yerləşən orta məktəblərdə müəllim çatışmazlığı problemini həll etmək üçün 10 ilə yaxındır ki, xüsusi dövlət proqramı həyata keçirilir.
AZXEBER.COM-un məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib ki, proqramın həyata keçirilməsi nəticəsində bu problemi demək olar ki, həll edə biliblər: “Ancaq yalnız bu istiqamətdə iş aparmaqla problemi həll etmək olmaz. Təhsil sistemində mütləq rasionallaşdırma tədbirləri aparılmalıdır. Mən bu yaxınlarda Qusar və İsmayıllıda konfransda iştirak etdim. Bəlli oldu ki, həmin rayonlarda, eləcə də digər ucqar rayonlarda 9 şagirdi olan 9 illik orta məktəblər var. Belə məktəblərin sayı çoxdur. Belə şəraitdə əlbəttə ki, müəllim təminatı problemi heç vaxt həll olunmayacaq. Rasionallaşdırma məsələsi ilə ciddi məşğul olmaq lazımdır”.
OXŞAR XƏBƏRLƏR