Misir Mərdanovun işdən çıxarılması ilə bağlı xəbər yayıldı

Misir Mərdanovun işdən çıxarılması ilə bağlı xəbər yayıldı
Bütün Xəbərlər
16:14 19.04.2013
4052

Təhsil naziri Misir Mərdanovun işdən çıxarıldığı barədə sosial şəbəkələrdə xəbər yayılıb.

AZXEBER.COM-un məlumatına görə, xəbərin doğru olub-olmaması hələlik məlum olmasa da, bu xəbər sosial şəbəkədə böyük səs-küyə səbəb olub.

Hətta nazirin yerinə kimin təyin olunacağı da qeyd olunub. Misir Mərdanovu İçəri Şəhər Qoruğunun direktoru Mikayıl Cabbarov əvəzləyəcək.

**

Azərbaycanın təhsil naziri Misir Mərdanov işdən azad edilib. 

AZXEBER.COM-un məlumatına görə, bu barədə modern.az-a Təhsil Nazirliyindəki etibarlı mənbədən məlumat verilib.

Bildirilib ki, Misir Mərdanovun işdən azad edilməsi ilə bağlı prezidentin rəsmi sərəncamı yaxın saatlarda açıqlanacaq.

Əldə etdiyimiz digər məlumata görə, Misir Mərdanovun yerinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov gətiriləcək.

Qeyd edək ki, Misir Mərdanov 1998-ci ildən Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

 

OXŞAR XƏBƏRLƏR