“Misli” Azərbaycan futboluna dəstəyini davam etdirir

“Misli” Azərbaycan futboluna dəstəyini davam etdirir
İQTİSADİYYAT
16:30 02.08.2024
548
Azərbaycan Premyer Liqası daha bir mövsüm "Misli”nin sponsorluğu ilə keçiriləcək. 

Peşəkar Futbol Liqası ilə Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azəlotereya”nın "Misli” brendi arasında titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb. Razılığa əsasən, 2024/2025-ci illər mövsümündə də "Misli” Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı "Misli Premyer Liqası” adlanacaq. 

Tərəflər arasında müqavilə rəsmilərin iştirakı ilə keçirilən tədbirdə imzalanıb. İmzalanma mərasimində AFFA-nın prezidenti Rövşən Nəcəf, "Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Demirören, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, AFFA, PFL, "Azerlotereya” ASC və futbol klublarının rəsmiləri iştirak ediblər. 

Tədbirdə çıxış edən AFFA-nın prezidenti Rövşən Nəcəf ilk olaraq "Qarabağ”, "Sabah” və "Zirə” klublarının avrokuboklarda mərhələ keçmələri və Azərbaycan idmançılarının "Paris-2024” Yay Olimpiya Oyunlarında 2 qızıl medal qazanmaları münasibətilə təbriklərini çatdırıb. 

AFFA-nın prezidenti "Misli” ilə əməkdaşlığın çempionatın daha da maraqlı keçməsi, rəqabətin artması və ən əsası azarkeşlərin stadionlara gəlməsinə kömək edəcəyini bildirib. O, digər şirkətləri və iş adamlarını da Azərbaycan futboluna dəstək olmağa çağırıb. 

Mərasimdə çıxış edən "Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Demirören də anlaşmanın Azərbaycan futbolunun beynəlxalq arenada daha da uğurlu təmsil olunmasına töhfə verəcəyinə inamını ifadə edib. Əməkdaşlığın futbolun inkişafı üçün önəmli layihələrin həyata keçirilməsinə xidmət edəcəyini bildirib. 

Daha sonra Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı idmanın ictimai həyatın hər sahəsindəki əhəmiyyətinə diqqət çəkərək idman klublarının dəstəklənməsi və idmanın bütün növlərinin inkişafı istiqamətində səylərin artırılmasının vacibliyi ilə bağlı fikirlərini bölüşüb və bu baxımdan "Demirören Holding”in iştirak etdiyi sponsorluq müqaviləsini son dərəcə dəyərli və mənalı hesab etdiyini vurğulayıb. 
Sonda tərəflər müqaviləyə imza atıblar. Müqaviləni "Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abasov imzalayıblar. 

Qeyd edək ki, Misli Premyer Liqası bu gün start götürür.

 


 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
01:56 15.08.2026
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
Hörmüzün açılması üçün şərtləri açıqladı
01:21 15.08.2026
Hörmüzün açılması üçün şərtləri açıqladı
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır