MN: Rusiya Müdafiə Nazirliyi Putinin imzaladığı bəyannaməyə hörmətsizlik nümayiş etdirir

MN: Rusiya Müdafiə Nazirliyi Putinin imzaladığı bəyannaməyə hörmətsizlik nümayiş etdirir
SİYASƏT
22:47 27.03.2022
574
"Rusiya Müdafiə nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında "Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir".

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən bildirilib.

"Rusiya Federasiyası Müdafiə Nazirliyinə xatırlatmaq istərdik ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd olunur ki, "Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.
Bundan əlavə, bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.
Rusiya Federasiyası Müdafiə Nazirliyi bu açıqlaması ilə eyni zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı Vladimir Vladimiroviç Putin tərəfindən də imzalanmış sözügedən bəyannaməyə də hörmətsizlik nümayiş etdirir", - nazirlikdən qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rubio: İran bir neçə həftə ərzində iqtisadi fəlakətlə üzləşəcək
20:56 08.10.2026
Rubio: İran bir neçə həftə ərzində iqtisadi fəlakətlə üzləşəcək
Avropa Komissiyası vəba ilə bağlı Rusiyadan hesabat tələb edib
20:51 08.10.2026
Avropa Komissiyası vəba ilə bağlı Rusiyadan hesabat tələb edib
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib
20:46 08.10.2026
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib
BTQ Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
20:41 08.10.2026
BTQ Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
Murad Fətiyev: "Dünya çempionatında medallarımızın sayı daha çox olacaq"
20:35 08.10.2026
Murad Fətiyev: "Dünya çempionatında medallarımızın sayı daha çox olacaq"
İspaniya xəstəxanasında meymunçiçəyinə yoluxmuş şəxs ölüb
20:30 08.10.2026
İspaniya xəstəxanasında meymunçiçəyinə yoluxmuş şəxs ölüb
Atom Enerjisi Təşkilatının rəhbəri: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
20:26 08.10.2026
Atom Enerjisi Təşkilatının rəhbəri: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
20:19 08.10.2026
Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk
20:12 08.10.2026
Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk
"Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb
20:07 08.10.2026
"Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb
"Baku TV": Türkmənistanda region üçün mühüm siyasi görüş keçirilir
20:03 08.10.2026
"Baku TV": Türkmənistanda region üçün mühüm siyasi görüş keçirilir
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir
20:00 08.10.2026
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
19:40 08.10.2026
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
19:38 08.10.2026
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
19:26 08.10.2026
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
19:11 08.10.2026
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib