Mobil operatorlarımız Xocalıda, Xankəndidə fəaliyyətə başladı: Şəbəkələşmə prosesi kökündən həll olunur

Mobil operatorlarımız Xocalıda, Xankəndidə fəaliyyətə başladı: Şəbəkələşmə prosesi kökündən həll olunur
SOSİAL
16:10 29.09.2023
704
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında operativ olaraq fəaliyyət göstərən TETRA radiorabitə şəbəkəsi istifadəyə verilməsi gözlənilir.

Xidmət tərəfindən həmçinin cari ilin ötən dövrü ərzində Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarının ərazilərində fəaliyyət göstərən 15 dövlət qurumu "AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunub.

Bəs Qarabağda - işğaldan azad edilmiş ərazilərdə rabitə və kommunikasiya sahələrində daha hansı addımlar atıla bilər?
 
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan İnformasiya Kommunikasiya Təhlükəsizliyi mütəxəssisi, ekspert Fərhad Mirəliyev bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra bütün kommunikasiya məsələləri pillə-pillə yenidən həll olunub:

"İşğal olunmuş ərazilərdə separatçı rejimin işğal dövrü ərzində yerləşdirdiyi infrastruktur var idi, hansı ki, bu da birbaşa ermənilərə bağlıydı. Bura həm internet magistralları, həm də mobil operator provayderləri aiddir. Bunlar Ermənistanla bir yerdə hibrid formasında fəaliyyət göstərib. Qondarma separatçı rejim ləğv olunduqdan sonra, torpaqlarımız işğaldan azad edildikdən sonra, bütün kommunikasiyalar məsələləri pillə-pillə yenidən həll olundu. Bilirik ki, həmin ərazilər dağlıq infrastruktur olduğundan 1,5,10 gün ərzində orada simli rabitə, kanallar üzərindən texnologiyalar tətbiq etmək qeyri-mümkündür. Ona görə də işğaldan azad edilən ərazilərdə hər bir texnologiya üzrə portativ avadanlıqlar quraşdırılıb, hansı ki biz bunu görürük".
 
Ekspert əlavə edib ki, hər hansı mobil şəbəkə və ya rabitə qurğusu quraşdırmaq elə də asan iş deyil:
 
"Bizim mobil operatorlarımız tezliklə Xocalıda, Xankəndidə və digər ərazilərdə fəaliyyətə başladılar. Bu o demək deyil ki, həmin qurumlar ərazilərə gedən kimi hər cür rabitə qurğusunu yerindəcə quraşdıra bildilər. Elə mobil stansiyalar var ki, onlar avtomobillərin üstündə yerləşdirilir. Yəni həmin şəbəkələr aparılıb müəyyən yerlərdə saxlanılır və həmin andan işləməyə başlayır. Bu cür stansiyalar nəinki işğaldan azad olunmuş ərazilərdə, həmçinin respublikanın digər bölgələrində də var. Hətta bu stansiyalar müvəqqəti yaşayış yerlərində tələb olunduqda, bu cür xidmət göstərən provayderlərin mobil stansiyaları var. Dərhal aparıb həmin provayderləri haradasa saxlayırlar. Çünki maliyyə cəhətdən 5,10 gün üçün hansısa bir qüllə quraşdırmaq, vəsait xərcləməq düzgün deyil. İlkin vaxtlarda işğaldan azad edilmiş ərazilərdə həm magistral internet bağlantısı, həm də mobil şəbəkə operatorları, əlbəttə ki, simsiz bağlantı üzərindən xidmətə başlayacaqlar. Amma düşünürəm ki, qısa zaman ərzində bu ərazilərdə də şəbəkələşmə prosesi kökündən həll olunacaq".
 
Mövzuya münasibət bildirən İKT İnformasiya Mərkəzinin direktoru, texnoloq Fərid Kazımov AZXEBER.COM-a açıqlamasında deyib ki, işğaldan azad edilmiş ərazilərdə internet şəbəkəsi qurulubsa, bu da birbaşa telefon xəttinin həmin ərazilərdə qurulmasını zəruri edir:

"Əgər işğaldan azad edilmiş ərazilərdə internet şəbəkəsi qurulubsa, bu da birbaşa telefon xəttinin həmin ərazilərdə qurulmasını zəruri edir. Hətta Azərbaycanın mobil operator şirkətləri şəbəkələrini sözügedən ərazilərdə təmin edəcəklər. Bütün ərazi üzrə internet üzərindən veb səhifələrin yaradılması məsələsi çox vacib olmalıdır. Hər rayonun, şəhərin, bölgənin, hətta həmin ərazilərin İcra Hakimiyyət orqanlarıının internet üzərindən səhifələri istifadəyə verilməlidir. Çünki bilirik ki, bizdə bütün regionların İcra Hakimiyyət orqanlar vahid bir mərkəzdən idarə olunur. Bir sözlə, bunların hamısına inteqrasiya olmalıdır. Müəyyən mənada sözügedən hər hansı regionun kontentinin yaradılması istiqamətində işlər aparılmalıdır. Yəni ki, bu proses yalnız internetin istifadəyə verilməsi ilə bitmir. Hər hansısa regionda yaşayan insanların internetə çıxışı rahat olmalıdır. Müasir dövrdə inteqrasiya təkcə infrastrukturun yaradılması deyil, həmçinin kontentin və məzmunun yaradılmasıdır".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
19:21 05.08.2026
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
19:09 05.08.2026
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
Ermənistana 14 vaqon buğda göndəriləcək
18:50 05.08.2026
Ermənistana 14 vaqon buğda göndəriləcək
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi