Moskva İrəvanın qərarını gözləyir - Overçukdan AÇIQLAMA

Moskva İrəvanın qərarını gözləyir - Overçukdan AÇIQLAMA
DÜNYA
20:21 02.10.2026
216
Rusiya İrəvanın Ermənistanın Azərbaycan və Türkiyə ilə həmsərhəd olan iki dəmir yolu sahəsinin bərpası barədə təklifə reaksiyasını gözləyir.

Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bəyan edib.

O bildirib ki, söhbət "Rusiya Dəmir Yolları" ASC-nin konsessiya idarəçiliyində olan Yerasx (Arazdəyən)-Naxçıvan və Gümrü-Türkiyə sərhədi xətlərindən gedir.

Overçuk Rusiyanın bu sahələrin bərpasını dəstəklədiyini və regionda nəqliyyat əlaqəliliyinin təmin olunmasında Ermənistana kömək etməyə hazır olduğunu vurğulayıb.

Rusiya Baş nazirinin müavini xatırladıb ki, müvafiq qərarlar hələ yanvar ayında Rusiya Prezidenti səviyyəsində qəbul edilib:

"Biz burada Ermənistan tərəfinin buna necə reaksiya verəcəyini gözləyirik. Düşünürəm ki, yaxın vaxtlarda bu məsələni irəli aparacaq çox mühüm görüşlər baş tutmalıdır. İndi top onların tərəfindədir”.

Aleksey Overçuk Rusiyanın Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması və nəqliyyat əlaqəliliyinin möhkəmləndirilməsi üzrə layihələri dəstəkləməkdə davam etdiyini diqqətə çatdırıb.
 
///musavat.com///
OXŞAR XƏBƏRLƏR