Moskva istiqamətində uçan daha 7 PUA vurulub

Moskva istiqamətində uçan daha 7 PUA vurulub
DÜNYA
17:01 08.08.2026
270
Rusiya hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan daha 7 pilotsuz uçuş aparatını (PUA) vurub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

"Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri 7 PUA-nın hücumunun qarşısını alıb. Təcili xidmətlərin mütəxəssisləri qalıqların düşdüyü ərazilərdə işləyirlər”, – Sobyanin bildirib.

Mümkün dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR