Moskvada azərbaycanlı əmioğluları kim öldürdü? - Təfərrüatlar

Moskvada azərbaycanlı əmioğluları kim öldürdü? - Təfərrüatlar
Bütün Xəbərlər
15:31 25.12.2013
1092

“BMW”-dən düşən 5 nəfər “Chevrolet Cruze”dakı şəxsləri güllə-baran etdilər”.

Rusiya paytaxtında dekabrın 24-də güllələnən Azərbaycanda doğulmuş Rusiya vətəndaşlarının kimliyi və hadisənin təfərrüatları məlum olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın cənubundakı Lyublino rayonunda baş verib. Naməlum şəxslər biri avtomobilin qarşısını kəsərək odlu silahdan atəş açıblar və hadisə yerindən qaçıblar.

Nəticədə avtomobildəkilərdən biri ölüb, digəri yaralanıb. Rusiya mətbuatı qətlə yetirilən və yaralanan şəxsin azərbaycanlı olduğu barədə məlumat yayıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov hadisənin təfərrüatları barədə danışıb. O, qətlə yetirilən və yaralanan şəxslərin Azərbaycanda doğulduqlarını bildirib:

“Hadisə dünən saat 14:47 radələrində Moskvanın Lyublino rayonunda baş verib. Tixoretski bulvar küçəsində qara rəngli “Skoda Octavia” və “BMW” markalı avtomobillər “Chevrolet Cruze” markalı avtomobilin qabağını kəsib. “Skoda Octavia” və “BMW”-dən düşən 5 nəfər tibbi maskalı şəxs “Chevrolet Cruze”dakı şəxslərə odlu silahdan atəş açmağa başlayıblar. Nəticədə başından güllə yarası alan şəxs, 1964-cü ildə Azərbaycanda doğulmuş Yuşayev Binlyak Sergenoviç ölüb, onun sərnişini, 1970-ci ildə Azərbaycanda anadan olmuş Yuşayev Vitali Yakuboviç isə yaralanıb.

Maskalı şəxslər gəldikləri “BMW”-ni hadisə yerində qoyaraq digər maşınla hadisə yerindən qaçıblar. Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində maskalı şəxslərin idarə etdiyi “Skoda Octavia” paytaxtın Stavropolsk küçəsində tapılıb. Həmin avtomobilin 2013-cü ilin avqust ayında qaçırıldığı məlum olub. Hadisəni törədən şəxslərin axtarışı isə davam edir”.

Rusiya mətbuatı Yuşayevlərin qardaş olduqlarını yazsa da, onların əmioğlu olduqları bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi