Moskvada azərbaycanlı gənc öldürüldü

Moskvada azərbaycanlı gənc öldürüldü
Bütün Xəbərlər
15:37 11.04.2012
1602
Rusiyanın paytaxtında azərbaycanlı gənc qətlə yetirilib. ANS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, qətl hadisəsi Moskvanın mərkəzində baş verib. “LifeNews”un hüququ mühafizə orqanlarına istinadla verdiyi məlumata görə, “Vtoroya Bretskaya” 43 ünvanında yaşayan 33 yaşlı Mətin Mehdiyev evinin giriş qapısında naməlum şəxslər tərəfindən bıçaq zərbələri nəticəsində qətlə yetirilib. Rusiya İslam Mədəniyyəti Mərkəzinin beynəlxalq şöbəsinə rəhbərlik edən M.Mehdiyev evli və iki aylıq qız atası olub. Məlumata görə, Mehdiyev axşam saatlarında ərzaq almaq üçün evdən çıxıb. Girişdə həyat yoldaşı və qızını gözləyən azərbaycanlıya naməlum şəxslər hücum ediblər. Şahidlərinin sözlərinə görə, qətli törədən şəxslər 5 nəfər olub və onların arasında qız da olub. Azərbaycan vətəndaşına zərbələr əsasən boğaz nayihəsindən yetirilib və onun üzü eybəcər hala salınıb. Qətlin motivi hələ dəqiq bilinməsə də, hadisənin milli zəmində olduğu istisna edilmir. Xatırladaq ki, 2003-cü ildə Mehdiyev milliyyətçilərin hücumu nəticəsində yaralanmışdı.
OXŞAR XƏBƏRLƏR