Moskvada COVID-19 diaqnozu ilə ölənlərin sayı 366 nəfərə çatıb

Moskvada COVID-19 diaqnozu ilə ölənlərin sayı 366 nəfərə çatıb
DÜNYA
23:30 24.04.2020
1311
Rusiya paytaxtında daha 41 nəfər koronavirusdan ölüb, bununla da şəhərdə virusdan ölənlərin ümumi sayı 366 nəfərə çatıb.

Bubarədə Moskvada yaradılmış Operativ Qərargah məlumat yayıb.

"Moskvada pnevmoniya diaqnozu qoyulmuş və koronavirus infeksiyasına yoluxma halı təsdiqlənmiş 41 xəstə ölüb, ölənlər 34-92 yaşlarındadır”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiyada son sutkada 5849 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 68 622 nəfər təşkil edir. İndiyədək 615 nəfər də virusdan ölüb.
 
///APA 
OXŞAR XƏBƏRLƏR