Moskvada qadınları zorlayan erməni saxlanıldı

Moskvada qadınları zorlayan erməni saxlanıldı
Bütün Xəbərlər
14:14 26.01.2012
2617

Qadınları bıçaqla hədələyən cani, onları zorlayaraq bütün dəyərli əşyaları və pullarını oğurlayıb

Rusiyanın paytaxtı Moskva şəhərində silsilə zorlamalar həyata keçirən erməni saxlanılıb. Ermənistan sakini Ervand Mnasakanyan 2011-ci ilin avqust ayından qadınlara beş hücum edib. Məlum olub ki, cinayətlərin hamısı bir sxem əsasında icra olunub. Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Cinayət Axtarış İdarəsinin mətbuat xidmətinin rəhbəri Aleksey Abxromeyev bildirib ki, bütün zərərçəkənlər eyni adamı təsvir ediblər. Belə ki, erməni cani erkən saatlarda işə gedən qızlara yaxınlaşırmış. Onları bıçaqla hədələyən erməni cinayətkar qurbanlarını binanın girişinə salaraq öncə onları zorlayıb, daha sonra bütün dəyərli əşyaları və pullarını oğurlayıb. Qadınların psixoloji vəziyyətindən istifadə edən erməni onları hətta bankomata aparıb və nəğd pul çıxarmağa məcbur edib. Hazırda cinayətkar polis əməkdaşları tərəfindən saxlanılıb. Maraqlıdır, görəsən, Paris qanunvericiləri bu biabırçı fakta nə deyəcəklər? Bəlkə, ermənilərə Fransaya gəlməyi qadağan edəcəklər? Axı, qondarma soyqırımla vəhşi zorakılıq arasında böyük fərq var...(anspress)

OXŞAR XƏBƏRLƏR