Dünən Bakı vaxtı ilə saat təqribən 14:55-da İzmaylovskoe şose ünvanında azərbaycanlılarla türklər arasında kütləvi silahlı atışma baş verib.
AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, insident nəticəsində üç Türkiyə vətəndaşı güllə yarası, bir Misir vətəndaşı isə başından güclü zərbə alıb.Davadan sonra tibb müəssisəsinə ümumilikdə 6 nəfər çatdırılıb. Onların əksəriyyəti hadisənin baş verdiyi “İstanbul” kafesinin əməkdaşlarıdırlar.İlkin məlumatlara görə, dava Azərbaycan və Türkiyə nümayəndələri arasında baş verib. Bəzi informasiyalara görə mübahisəyə səbəb qadın olub.