Moskvanın mərkəzində partlayış baş verib,
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva üzrə Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə şəhərin mərkəzində, Kudrinskaya meydanı yaxınlığında baş verib.
Partlayış saat 20:10 radələrində yay kafesinin yerləşdiyi ərazidə qeydə alınıb. Hadisə nəticədə üç nəfər ölüb, 15 nəfər isə yaralanıb.