"Mossad"ın Türkiyədə iranlı generalı oğurlayaraq öldürdüyü iddia olunur

DÜNYA
01:23 16.11.2026
94
İsrailin "Mossad" kəşfiyyat xidməti Türkiyədə İranın keçmiş müdafiə nazirinin müavini Əli Rza Əsgərini oğurlayıb. İsrail tərəfi onu hərbi şturman Ron Aradın yoxa çıxması ilə bağlı həftələrlə dindirib, daha sonra isə öldürüb.

Bu barədə "The New York Times" (NYT) qəzetinin araşdırmasında məlumat verilib.

Araşdırma onlarla israilli, iranlı və amerikalı rəsmi şəxslə, həmçinin Aradın axtarışlarında iştirak etmiş şəxslərlə müsahibələr əsasında hazırlanıb.

Əməliyyat barədə NYT-yə danışan ABŞ-nin keçmiş yüksəkvəzifəli üç məmurundan biri Əsgərinin gəmidə dindirildiyini, daha sonra isə meyitinin Qara dənizə atıldığını iddia edib.

Əsgərinin həyat yoldaşının sözlərinə görə, o, 2006-cı ilin dekabrında İstanbulda qaldığı hoteldən yoxa çıxıb.

Əsgəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" qüvvələrinin generalı olub, "Hizbullah" rəhbərləri ilə əlaqə saxlayıb və Aradın itkin düşməsindən qısa müddət sonra Livana gəlib.

İsrail uzun illər Əsgərinin yoxa çıxmasında iştirakını inkar edib. Bununla belə, ABŞ-nin keçmiş rəsmilərindən birinin sözlərinə görə, sonrakı danışıqlar zamanı İsrail nümayəndələri amerikalı həmkarlarına Əsgərinin öldüyünü bildiriblər.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cüdoçumuz qızıl medal qazandı
01:43 16.11.2026
Cüdoçumuz qızıl medal qazandı
Heydər Əliyev Sarayında Azərbaycan Radiosu və Televiziyasının yubiley konserti təşkil olunub
01:33 16.11.2026
Heydər Əliyev Sarayında Azərbaycan Radiosu və Televiziyasının yubiley konserti təşkil olunub
"Mossad"ın Türkiyədə iranlı generalı oğurlayaraq öldürdüyü iddia olunur
01:23 16.11.2026
"Mossad"ın Türkiyədə iranlı generalı oğurlayaraq öldürdüyü iddia olunur
Azərbaycanda taksi xidmətləri bahalaşacaq? - Video
01:13 16.11.2026
Azərbaycanda taksi xidmətləri bahalaşacaq? - Video
Tramp və məşhur şirkətləri hədəfə alan kiberhücumla bağlı "Bitly" xidmətindən açıqlama
01:03 16.11.2026
Tramp və məşhur şirkətləri hədəfə alan kiberhücumla bağlı "Bitly" xidmətindən açıqlama
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
00:56 16.11.2026
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
Nəsimi rayonunda külək ağacı aşıraraq evin giriş-çıxışını bağlayıb, sakinlər təxliyə edilib
00:50 16.11.2026
Nəsimi rayonunda külək ağacı aşıraraq evin giriş-çıxışını bağlayıb, sakinlər təxliyə edilib
Suraxanıda maşın yandı
00:43 16.11.2026
Suraxanıda maşın yandı
Sehrbaz yenidən səhnədə: Ronaldinyo 11 ildən sonra futbola qayıtdı
00:36 16.11.2026
Sehrbaz yenidən səhnədə: Ronaldinyo 11 ildən sonra futbola qayıtdı
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüat
00:30 16.11.2026
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüat
450 min nəfər küçələrə axışdı: Son 37 ilin ən böyük etiraz aksiyası
00:23 16.11.2026
450 min nəfər küçələrə axışdı: Son 37 ilin ən böyük etiraz aksiyası
Bir sıra məşhur şəxslərin və şirkətlərin "X" hesabları haker hücumuna məruz qalıb
00:16 16.11.2026
Bir sıra məşhur şəxslərin və şirkətlərin "X" hesabları haker hücumuna məruz qalıb
Şəkidə qaz çəkilişi yarımçıq qaldı, sakinlər çətin vəziyyətə düşdülər - Video
00:10 16.11.2026
Şəkidə qaz çəkilişi yarımçıq qaldı, sakinlər çətin vəziyyətə düşdülər - Video
Marketlərdə satılan doğranmış meyvələrlə bağlı həyəcan təbili
00:06 16.11.2026
Marketlərdə satılan doğranmış meyvələrlə bağlı həyəcan təbili
Azərbaycanda yeni gəlir mənbəyi: Ekspertlər imkanları açıqladılar
00:00 16.11.2026
Azərbaycanda yeni gəlir mənbəyi: Ekspertlər imkanları açıqladılar
Rusiya ABŞ-nin nüvə sınaqlarının bərpasına cavab verəcək
23:53 15.11.2026