Hərəkət imkanlarının avtomobillərə nisbətən daha geniş olduğu motosikletlərin iştirakı ilə baş verən qəzalara tez-tez rast gəlirik. Müşahidələr göstərir ki bir çox hallarda qəzaya səbəb olan həmin nəqliyyat vasitələrini idarə edən şəxslərdir. Onlar həm özlərinin həm də digər şəxslərin həyatını riskə atır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi moped və motosiklet sürücülərinə xəbərdarlıq edib. Qurum rəsmisi onların əsasən pozduğu qaydaları sadalayıb.
Bu ilin 1-ci yarım ili ərzində motosiklet moped və bu kimi iki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə 17 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə11 nəfər heyatını itirib, 10 nəfər isə xəsarət alıb.











































