MSK Cəmil Həsənli ilə Hafiz Hacıyevə ‘sarı kart’ göstərdi

MSK Cəmil Həsənli ilə Hafiz Hacıyevə ‘sarı kart’ göstərdi
SİYASƏT
20:12 21.09.2013
1892

Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərin 2-ci teledebatında toqquşan prezidentliyə namizədlər Cəmil Həsənliyə və Hafiz Hacıyevə xəbərdarlıq edib.

 AZXEBER.COM xəbər verir ki, ali seçki qurumunun bu gün keçirilmiş iclasında Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədinin səlahiyyətli nümayəndəsi Əli Əhmədovla Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlidən daxil olmuş şikayətlərə baxılıb. YAP rəsmisinin şikayət ərizəsində İctimai Televiziyada (İTV) cümə axşamı günü keçirilmiş debatda C.Həsənlinin Seçki Məcəlləsinin tələblərini pozduğu önə çəkilib. Şikayətdə qeyd olunub ki, C. Həsənli ölkə Konstitusiyasının 106-cı maddəsinin tələblərini pozaraq Azərbaycan prezidenti İlham Əliyevi, onun ailəsinin şərəf və ləyaqətini təhqir edib. C.Həsənli isə öz növbəsində qeyd olunan debatda prezidentliyə namizəd Hafiz Hacıyevin onu və ailəsini təhqir etdiyini, fiziki təzyiq göstərməyə çalışdığı bildirilib. Mili Şuranın namizədi eyni zamanda, YAP təmsilçisi Ə.Əhmədovdan şikayətçi olaraq, onun tərəfindən təhqirə məruz qaldığını qeyd edib. MSK-nın iclasında İTV-nin C.Həsənlinin efir qaydalarını pozması hallarının qeyd olunduğu məktubu da müzakirəyə çıxarılıb. İTV-dən daxil olan məktubda, C.Həsənlinin nəzərdə tutulandan 6 dəqiqə 12 saniyə artıq çıxış etdiyi diqqətə çatdırılıb. Komissiyanın bu məsələləri araşdırması nəticəsində, həm Ə.Əhmədovun, həm də İTV-nin C.Həsənliyə qarşı iddialarının əsaslı olduğu qənaətinə gəlinib və Milli Şuranın namizədinə xəbərdarlıq edib. Bundan başqa, C.Həsənlinin H.Hacıyevə qarşı iddiasının da əsaslı olduğunu bildiriən MSK sonuncuya xəbərdarlıq edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Botoksdan sonra nitq pozuntusu və iflic riski – Dermatoloq xəbərdarlıq etdi
16:46 29.07.2026
Botoksdan sonra nitq pozuntusu və iflic riski – Dermatoloq xəbərdarlıq etdi
Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası
16:38 29.07.2026
Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası
Dövlət başçısı Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTOLAR
16:28 29.07.2026
Dövlət başçısı Dünya Güləş Birliyinin prezidentini qəbul etdi - FOTOLAR
Ürəkdən orqan transplantasiyasınadək – Ən bahalı əməliyyatların qiyməti
16:20 29.07.2026
Ürəkdən orqan transplantasiyasınadək – Ən bahalı əməliyyatların qiyməti
Hörmüz boğazı bağlı qalarsa, dünya iqtisadiyyatını nə gözləyir? - AÇIQLAMA
15:56 29.07.2026
Hörmüz boğazı bağlı qalarsa, dünya iqtisadiyyatını nə gözləyir? - AÇIQLAMA
“Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700-dən çox müraciət daxil olub
15:41 29.07.2026
“Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700-dən çox müraciət daxil olub
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
15:30 29.07.2026
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
Estetik əməliyyatlara maraq niyə artıb? - "Mimika dəyişir, robota oxşayırlar" – VİDEOSORĞU
15:28 29.07.2026
Estetik əməliyyatlara maraq niyə artıb? - "Mimika dəyişir, robota oxşayırlar" – VİDEOSORĞU
Bağçalı mənzil həyət evini əvəz edə bilərmi?
15:23 29.07.2026
Bağçalı mənzil həyət evini əvəz edə bilərmi?
Sosial şəbəkədə dini təhqirin cəzası nədir? – Qanun nə deyir?
15:21 29.07.2026
Sosial şəbəkədə dini təhqirin cəzası nədir? – Qanun nə deyir?
Ceyranbatan-Maştağa magistral su xəttində təmir işləri yekunlaşır
15:16 29.07.2026
Ceyranbatan-Maştağa magistral su xəttində təmir işləri yekunlaşır
Göygöldə vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
15:10 29.07.2026
Göygöldə vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
Zaqatalada kütləvi zəhərlənmə: Prokurorluq araşdırma aparır
14:58 29.07.2026
Zaqatalada kütləvi zəhərlənmə: Prokurorluq araşdırma aparır
Yelo Sabit əmanət ilə illik 11.5%-dək yüksək gəlir!
14:46 29.07.2026
Yelo Sabit əmanət ilə illik 11.5%-dək yüksək gəlir!
Cənub bölgəsində toyuqlar niyə kütləvi tələf olur? – Ekspertdən açıqlama
14:34 29.07.2026
Cənub bölgəsində toyuqlar niyə kütləvi tələf olur? – Ekspertdən açıqlama
2 avtobusun marşrut xətti dəyişdirilir
14:27 29.07.2026
2 avtobusun marşrut xətti dəyişdirilir