MSK Gülər Əhmədovanın deputat mandatını ləğv etdi - SON DƏQİQƏ

MSK Gülər Əhmədovanın deputat mandatını ləğv etdi - SON DƏQİQƏ
Bütün Xəbərlər
16:23 03.10.2012
2018
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb. APA-nın məlumatına görə, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə MSK-nın 9 iyul 2012-ci il tarixli protokolu təsdiqlənib. Gündəlikdəki növbəti məsələ 34 saylı Xətai II Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Gülər Mikayıl qızı Əhmədovanın deputat mandatından məhrum edilməsidir. Məsələ barədə MSK üzvü Arifə Muxtarova məlumat verib. Məsələ səsverməyə çıxarılıb, nəticədə G. Əhmədovanın deputat mandatı ləğv edilib. İclası ABŞ səfirliyinin və digər beynəlxalq təşkilatların nümayəndələri də izləyib. İclasda Ümid Partiyasından olan MSK üzvü Akif Qurbanov üzrlü səbəbdən iştirak etməyib. G. Əhmədova barədə qərar rəsmi mətbuatda çap olunduqdan sonra qüvvəyə minəcək.
OXŞAR XƏBƏRLƏR