MTN-in Heydər Əliyev adına Akademiyası – QƏBUL QAYDALARI

GƏNCLİK
17:00 24.05.2012
137231
zərbaycan Respublikası MilliTəhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında tədris yüksək ixtisaslı mütəxəssislər, o cümlədən elmlər doktorları və namizədləri, eləcə də uzun illər milli təhlükəsizlik orqanlarında və Dövlət Sərhəd Xidmətində xidmət etmiş təcrübəli kadrlar tərəfindən həyata keçirilir. Bu da kursant və dinləyicilərə gələcək xidməti fəaliyyəti üçün zəruri nəzəri biliklərlə yanaşı xüsusi və əməli bacarıq və vərdişlərə yiyələnməyə imkan verir. Eyni zamanda, Akademiyada xüsusi fənlər üzrə mühazirələr oxumaq və praktiki dərslər aparmaq məqsədi ilə MTN-in rəhbər heyəti və yüksək ixtisaslı mütəxəssisləri tədris prosesinə cəlb olunurlar.Hazırda Akademiyada 4 elmlər doktoru, 15 elmlər namizədi, 2 professor və 9 dosent fəaliyyət göstərir. Akademiyanın 5 əməkdaşı doktorluq, 12 əməkdaşı isə namizədlik dissertasiyaları üzərində çalışırlar. Burada kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış, hərbi əks-kəşfiyyat, əməliyyat psixologiyası, xüsusi xidmət orqanlarının tarixi, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi, hərbi pedaqogika, sosiologiya, politologiya, məntiq, peşə fəaliyyətinin etikası və s. istiqamətlər üzrə elmi tədqiqatlar aparılır. Fundamental və tətbiqi araşdırmalar nəticəsində 30-dan çox monoqrafiya nəşr edilmiş və onlarla elmi məqalələr nüfuzlu elmi jurnallarda dərc olunub.Hazırda dünya standartları səviyyəsində qapalı ali hərbi təhsil müəssisəsi olan Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının tərkibinə 5 fakültə daxildir:Əməliyyat işçilərinin hazırlanması fakültəsi;İnformasiya təhlükəsizliyi fakültəsi;Sərhəd qoşunları fakültəsi;Kadrların yenidən hazırlanması və təkmilləşdirilməsi fakültəsi;Qiyabi təhsil fakültəsi.Akademiyaya Azərbaycan Respublikasının vətəndaşı olan, peşə seçiminin bütün tələblərinə cavab verən, respublikanın təhlükəsizlik orqanlarında, Sərhəd Qoşunlarında xidmət edən orta və ya orta-ixtisas təhsilli gizirlər (miçmanlar), müddətli və müddətdən artıq xidmət hərbi qulluqçuları, Heydər Əliyev və Cəmşid Naxçıvanski adına hərbi liseylərin məzunları, həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər, habelə orta məktəb məzunları olan çağırışçılar qəbul oluna bilərlər.Akademiyaya qəbul olunmaq üçün aşağıdakı yaş hədləri müəyyən olunur:xidmət müddətindən asılı olmayaraq müddətli, müddətdən artıq xidmət hərbi qulluqçuları, gizirlər (miçmanlar) və hərbi vəzifəlilər – 23 yaşınadək;Heydər Əliyev və Cəmşid Naxçıvanski adına hərbi liseylərin məzunları, orta məktəb məzunları olan çağırışçılar – 17 yaşından 21 yaşınadək.Akademiyanın “Əməliyyat işçilərinin hazırlanması” və “İnformasiya təhlükəsizliyi” fakültələrinə daxil olmaq istəyən şəxslər qəbul keçirilən il yanvar ayının 10-dək ərizə ilə yaşayış yeri üzrə MTN-in müvafiq şəhər-rayon orqanlarına (hərbi qulluqçular komanda üzrə raportla) müraciət etməlidirlər. Müraciət edən namizədlər müəyyən olunmuş qaydada tibbi yoxlamadan keçdikdən və fiziki hazırlıq normativlərini ödədikdən sonra peşə seçimi ilə bağlı onlarla Akademiyada Mandat Komissiyası tərəfindən söhbət aparılır.Peşə seçimini müvəffəqiyyətlə keçmiş namizədlər Akademiyada təhsil almaq üçün seçdikləri ixtisaslara uyğun olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada test üsulu ilə qəbul imtahanları verirlər:“Əməliyyat işçilərinin hazırlanması” fakültəsinə – III ixtisas qrupu üzrə (ana dili, ədəbiyyat, tarix, xarici dil, riyaziyyat);“İnformasiya təhlükəsizliyi” fakültəsinə – I ixtisas qrupu üzrə (ana dili, riyaziyyat, fizika, kimya, xarici dil).Akademiyaya qəbul imtahanları namizədin arzusu ilə Azərbaycan və ya rus dilində verilə bilər, Akademiyada tədris isə Azərbaycan dilində aparılır.Akademiyada hər il Andiçmə, Bilik günü, məzunların buraxılışı, kursant və dinləyicilərin qəbulu, eləcə də dövlət bayramları (Respublika günü, Konstitusiya günü, Milli qurtuluş günü, Silahlı Qüvvələr günü, Müstəqillik günü, Dünya azərbaycanlılarının həmrəylik günü və s.) və digər əlamətdar tarixlər təntənəli surətdə qeyd olunur, respub­likanın tanınmış ictimai-siyasi xadimləri, incəsənət ustaları, milli təhlükəsizlik orqanlarının veteranları ilə görüşlər keçirilir.Akademiyanın kursantları tədrisdən kənar vaxtlarda ədəbi-bədii yaradıcılıqla məşğul olur, kütləvi idman tədbir­lərində və müxtəlif idman yarışlarında iştirak edirlər. Hazırda onların elmi və özfəaliyyət dərnəkləri, şən və hazırcavablar klubu, intellektual oyun qrupları, müxtəlif idman seksiyaları və s. daimi fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR