“MTN polkovniki” məhkəməyə xərəkdə gətirilir

“MTN polkovniki” məhkəməyə xərəkdə gətirilir
SOSİAL
14:22 26.08.2016
2086
Vətəndaşları soyub-talayan Məlahət Əsgərzadə yol qəzasında iflic olub
Bakı Ağır Cinayətlər Məhkəməsində CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham olunan Məlahət Əsgərzadənin işinə baxılır.
O,məhkəməyə xərəkdə gətirilib-aparılır. Avqustun 25-də keçirilən məhkəmə iclasında da bu vəziyyətdə idi. Ucar sakini olan Məlahət Əsgərzadə özünü "MTN polkovniki" kimi təqdim edib, müxtəlif adamların işini düzəltmək adıyla onlardan pul alıb qaytarmamaqda təqsirləndirilir. Məlahət Əsgərzadə həbs olunmamışdan az əvvəl yol qəzasına düşüb və nəticədə hərəkət qabiliyyətini itirib.
Məhkəmədə bu iş üzrə zərərçəkmiş qismində tanınan adamlar dindirilir. Onlardan biri də Ucarda taksi sürücüsü kimi fəaliyyət göstərən İlqar Süleymanovdur. Deyir ki, Ucarda Azər Ağayev adlı tanışından 2 min 850 dollarını neçə il idi ki, ala bilmirdi. Məlahət Əsgərzadə ona deyib ki, istənilən problemini həll eləyə bilər: "Ona belə bir problemimin olduğunu dedim. Söz verdi ki, “həll eləyəcəm. Məndən Azərin telefon nömrəsini aldı".
İ.Süleymanovun dediyinə görə, sonradan eşidib ki, "polkovnik" xanım Azər Ağayevdən 23 min manat alıb. O pulun 2 min 800 dolları İ.Süleymanova verilməliydi. Amma bir qəpik də verilməyib.
İfadəsinin sonunda İ.Süleymanovun məhkəməyə belə bir müraciəti olub: "Mən fəhlə adamam, günəmuzd işləyirəm. Heç Azərdən də pulumu istəmirəm. Amma pulumu yeyənlərə halal da eləmirəm, Allaha tapşırıram. Gedib-gəlməkdən yorulmuşam. Polisə, məhkəməyə nə qədər getmək olar? Xahiş edirəm ki, məni bu işdən çıxarın, başıma oyun açdılar". Taksi sürücüsü olan Şahin Balayev də deyir ki, Məlahət Əsgərzadəni bir neçə dəfə Ucardan Göyçaya aparıb, ona özünü "MTN əməkdaşı" kimi özünü təqdim edib: "Onu formada da görmüşəm..."
///Azadlıq.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır