MTRŞ-dan ANS-in tezliyi ilə bağlı - AÇIQLAMA

MTRŞ-dan ANS-in tezliyi ilə bağlı - AÇIQLAMA
MEDİA
12:55 05.08.2016
5993

“Günəş TV-nin ümumrespublika efirində yayımlanması tezlikdə olan boşluğun nəticəsidir, ANS-in tezliyi heç kimə verilməyib”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Televiziya və Radio Şurasının sədrinin müavini Qafar Cəbiyev deyib.

Onun sözlərinə görə, “Günəş TV”nin ANS-in yerində yayımlanması texniki səbəblərdən olub: “Heç kim ANS TV-nin tezliyini kiməsə verməyib, bu sadəcə tezlikdə olan boşluqdan yaranıb və TV ümumrespublika yayımına keçib. Bir daha qeyd edirəm ki, MTRŞ ANS TV-nin tezliyini heç kim verməyib”.

Qafar Cəbıyev son günlər sosial şəbəkələrdə ANS-in yaxın günlərdə açılacağı xəbərinə də reaksiya bildirib. O deyib ki, telekanal Ali Məhkəməyə müraciət edib və Ali Məhkəmənin verəcəyi qərar MTRŞ üçün də, ANS üçün də mütləq qərardır. İndidən bu haqda fikir bildirib, cəmiyyəti çaşdırmaq olmaz”

Qeyd edək ki, dünən AZXEBER.COM xəbər portalında “Günəş TV”nin ANS TV-nin tezliyində yayımlandığını əks etdirən görüntülər işıqlandırılmışdı.

Jalə

OXŞAR XƏBƏRLƏR