MTRŞ-dan Mətanətin xalqı təhqir etməsinə - MÜNASİBƏT

MTRŞ-dan Mətanətin xalqı təhqir etməsinə - MÜNASİBƏT
Bütün Xəbərlər
13:22 21.05.2015
4473
“Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi”
AZXEBER.COM xəbər verir ki, aparıcı Mətanət Əliverdiyevanın proqramdakı çıxışı sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib:
“Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi”.
Məsələ ilə bağlı MTRŞ-nın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov AZXEBER.COM-a açıqlamasında bildirib ki,
"Ümumiyyətlə belə həssas mövzulardan bəhs edərkən aparıcılar maksimum diqqətli olmalı, işlətdikləri hər kəlməyə fikir verməlidirlər. Çünki onlar milyonlarla tamaşaçının önünə çıxırlar. Onların işlətdiyi hər bir ehtiyatsız ifadə belə həssas məqamda qıcığa səbəb ola bilər. Lakin inandırıcı deyil ki, gündəlik verilişinin aparıcısı faciədə yaxınlarını itirmiş insanları qıcıqlandırmaq üçün həmin ifadələri işlətsin. 
Düşünmək olar ki, o, öz imkanları daxilində bir növ cəmiyyətdə baş vermiş faciənin geniş panikaya çevrilməsinin qarşısını almaq niyyəti güdürmüş, lakin bunu ifadə edərkən müəyyən qədər ehtiyatsız ifadələrdən istifadə edib. Aparıcı kanalın bu günkü efirindəki digər verilişdəki davranışı ilə də müəyyən anlaşılmazlıq olduğunu nümayiş etdirdi. Məsləhət kimi çıxmasın, yaxşı olardı ki, elektron informasiya orqanları bir aparıcının qeyri-korrekt danışığını çox da ciddiyə alıb müzakirəyə çevirməsinlər. Çünki bu, cəmiyyətdə emosiyaların daha da qızışmasına səbəb ola bilər.
Ümumiyyətlə, bu hal bir daha göstərir ki, bir sıra aparıcıların öz peşəkarlığını, ekstremal situasiyalara hazırlıq səviyyələrini artırmağa ehtiyac vardır.
Onu da qeyd edim ki, aparıcının işlətdiyi ifadələr və bununla bağlı MTRŞ-nin “qaynar xətti”nə gələn çoxsaylı şikayətlər barədə artıq rəhbərliyə arayış təqdim olunub".
OXŞAR XƏBƏRLƏR