Bu gün Müasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyəti və rayon təşkilat sədrlərinin də iştirakı ilə geniş tərkibdə toplantısı keçirilib.
Toplantıda gündəlikdə duran əsas məsələ seçkiyə hazırlıq, Siyasi Şuranın və Qurultayın vaxtının təyin edilməsi olub.
Toplantıda Qurultaya hazırlıq və nümayəndələr seçilməsi üçün başa çatan zona müşavirələrinin nəticələri nümayəndələrdən gələn fikir və təkliflər də müzakirə edilib.
Sonra İşçi qrupunun hesabatı dinlənilib.
Daha sonra toplantı işinə davam etdirilib və MMP sədri Hafiz Hacıyev çıxış edib.O seçkinin ağırlığından və prosesin uğurla başa çatması üçün istifadə ediləcək vasitələrdən bir daha söhbət açıb.
Daha sonra MMP –nin namizədinin seçkidə iştirakını təsdiq etmək üçün Siyasi Şuranın yaxın günlərdə toplanmağının zəruriliyi qeyd edilib. Təklif səsə qoyulub və qəbul edilib.Qərar verilib ki, aprelin 16 saat 12:00 da BMM-də MMP Siyasi Şurasının toplantısı keçirilsin.
Qeyd edək ki, məqsəd,prezident seçkisinə qatılmaq istəyən MMP namizədinin SŞ tərəfindən təsdiq edilməsidir.
Toplantı iştirakçıları verilən qərarla razılaşıblar.