“Mübariz İbrahimov kimi qəhrəmanımızın adı hər gün, hər yerdə çəkilməlidir”

GƏNCLİK
00:18 24.09.2011
1916

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Festivalın idarə heyəti artıq təyin edilmiş 5 rayonda (Lənkəran, İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala) olublar. Səfərlər zamanı, bölgələrdəki yaradıcı gənclərlə görüşlər keçirilib və onlara gənc yazarların ssenariləri təqdim edilib.

Festivalla bağlı AZXEBER.COM portalına danışan tanınmış şair, dramaturq Nəriman Həsənzadə festivalın Mübariz İbrahimovun adına həsr edilməsinin təqdirəlaiq hal olduğunu söyləyib: “Çox yaxşı, çox gözəl hadisədir. Belə bir tədbiri keçirmək ,istedadları üzə çıxarmaq çox müsbət haldır. Festivalın isə Mübariz İbrahimovun adı altında keçirilməsi də çox təqdirəlayiq haldır. Mübariz İbrahimov kimi qəhrəmanımızın adı hər gün, hər yerdə çəkilməlidir. O qeyri-adi qəhrəman idi. XXI əsrin qəhrəmanı idi. Bu işi görənləri ürəkdən alqışlayır, minntədarlığımı bildirirəm. Bütün çalışanlara uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur. Festivalı “Sağlam Düşüncə” Gənclər Təşkilatı həyata keçirir.

Ülkər Eldarqızı

OXŞAR XƏBƏRLƏR