Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş "Mübarizli Vətən" tədbiri keçiriləcək.
Bu barədə AZXEBER.COM-a Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Mətbuat xidmətindən məlumat verilib. Tədbirdə şairə Fəridə Ləmanın Mübariz İbrahimova həsr etdiyi “Təəssüb” poeması əsasında hazırlanmış "Mübarizli Vətən" ədəbi -bədii kompozisiyası təqdim ediləcək. Kompozisiyanın quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlıdır. Rollarda :Lətifə Əliyeva,Kərim Hadızadə, Elnur Kərimov çıxış edəcəklər.Tamaşa saat 15:00 da keçiriləcək. Xatırladaq ki, giriş pulsuzdur.
Gülnarə Bayramova