Mübariz İbrahimovun adına «Mübariz» snayperi - FOTOLAR

Mübariz İbrahimovun adına «Mübariz» snayperi - FOTOLAR
MARAQLI
13:05 17.05.2013
6906

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsal etdiyi 12.7 mm çaplı «Mübariz» snayper tüfənginin bu il silahlanmaya qəbul olunması gözlənilir.

Bu barədə APA-ya MSN-dən məlumat verilib.

Ötən həftə İstanbulda keçirilən beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən 12.7x108 mm çaplı «Mübariz» «İstiqlal» antimaterial snayper tüfəngi ailəsindəndir. Tüfəng uzaq məsafədə düşmənin canlı qüvvəsini, hərbi texnikasını, möhkəmləndirilmiş mövqelərini məhv etmək üçün hazırlanıb.

Snayper tüfəngi Azərbaycan istehsalı olan optik nişangahla komplektləşdirilib ki, bu da 2 min metr məsafədə hədəflərə atəş açmağa imkan verir.

Nazirlikdən bildirilib ki, bu il həmçinin 14.5 mm çaplı «İstiqlal» antimaterial snayper tüfənginin təkmilləşdirilmiş modeli olan «İstiqlal-T» tüfənginin testləri davam etdiriləcək. Bu silah öz sələfindən bir sıra dəyişikliklərlə fərqlənir və çəkisi 7 kq azaldılaraq 28 kq-a endirilib.

Qeyd edək ki, Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış 14.5 mm çaplı «İstiqlal» snayper tüfəngi hazırda dünyada öz sinfində ən yaxşı silahlar sırasında yer alır. Tüfəng atış məsafəsinə və vuruş gücünə görə xarici analoqlarını üstələyir. Bu tüfəng hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində tətbiq edilir. Bu tüfəng eyni zamanda İordaniya kralı II Abdullahın Xüsusi Əməliyyat Qüvvələrinin silahlanmasında yer alır.

«İstiqlal» snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şərəfinə «Mübariz» adlandırılıb. Türkiyə tərəfi bu tüfəngin birgə, Türkiyədə istehsalı istiqamətində iş aparır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir