''Müdafiə futbolu millimizin ziyanına işləyəcək''

İDMAN
15:20 13.11.2012
1176

“Səfərdə oynamağımıza baxmayaraq, Şimali İrlandiya ilə görüşdə ən azı bir xala ümid etmək olar. Düzdü, millimizin heyətində itkilər var. Təcrübəli futbolçuların çıxış etməməsi müdafiəmizdə problemlər yarada bilər. Lakin mətbuatdan oxudum ki, rəqibin də iki əsas futbolçusu bu görüşdə iştirak etməyəcək. Lakin istənilən halda üstünlük meydan sahiblərindədir”.

Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Emin İmaməliyev sabah Şimali İrlandiyaya qarşı keçiriləcək DÇ-2014-ün oyunu haqda danışarkən deyib.E.İmaməliyevin fikrincə, millimiz müdafiə futbolu oynasa, bu, onun ziyanına işləyəcək: “Komandamız daha çox topla oynamağa üstünlük verməlidir. Müdafiədə oturmaqla uğur əldə etmək nadir hallarda olur. Yığmamızın əksər oyunları göstərdi ki, müdafiə futbolu bizdə alınmır. Sırf hücum futbolu da oynamaq olmaz. Sadəcə, bacardığımız qədər hücum etmək lazımdır”.

Emin İmaməliyev millinin heyəti barədə də fikir yürüdüb: “Yaxşı olardı ki, legionerlərin yerinə gənc yerli futbolçuları komandaya çağıraydı. Mən milliyə layiq olan, lakin qıraqda qalan bir neçə futbolçunun adını çəkə bilərəm. Son zamanlar “Qarabağ”ın heyətində çempionatın ən yaxşı müdafiəçilərindən olan Qara Qarayevin millidən kənarda qalmasını anlamıram. “Bakı”nın heyətində Rəhman Hacıyev çox cəld və sürətli futbolçudur. “Neftçi”də Cavid İmamverdiyev və Mirhüseyin Seyidov əla təsir bağışlayır. Bu futbolçular da xeyli Avropa təcrübəsi qazanıblar və millidə oynaya bilərlər”.

//Qol.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir