Müdafiə Nazirliyi 'facebook'da yayılan foto barədə açıqlama yaydı
Bütün Xəbərlər
15:50 21.01.2013
6963
Müdafiə Nazirliyi sosial şəbəkələrdə “dedovşina” faktına dair yayılmış foto ilə əlaqədar açıqlama yayıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumatda bildirilib ki, N saylı hərbi hissənin əsgəri Namazlı Ülvi Eldəniz oğlunun sosial şəbəkələrdə paylaşdığı foto görüntülərlə bağlı araşdırmaya başlanılıb: “İlkin məlumata görə, eyni çağırışdan və eyni bölgədən olan əsgərlərin Gəncə şəhərinə istəklərini ifadə etmək üçün belə vasitəyə əl atdıqları bildirilir. Buna baxmayaraq, Müdafiə Nazirliyi Hüquq İdarəsinin apardığı araşdırmanın nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq”.