Müdafiə Nazirliyi orduda baş verən ölüm faktlarına münasibət bildirdi
Bütün Xəbərlər
14:00 12.12.2012
827
“Bir neçə gün əvvəl bir əsgərimiz xəstəlikdən dünyasını dəyişdi. Daha bir əsgərimiz isə intihar edib. Əsgərin intihar etməsi faktı ilə bağlı ciddi iş aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi bununla bağlı xüsusi tapşırıq verib. Respublika Hərbi Prokurorluğu tərəfindən artıq cinayət işi başlanıb. Yəqin ki yaxın günlərdə intiharın səbəbi məlum olacaq. Bu barədə ictimaiyyətə məlumat veriləcək”.Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu jurnalistlərə son günlər əsgərlər arasında baş verən ölüm faktlarına münasibət bildirərkən deyib.