Müdafiə Nazirliyindən cəbhə bölgəsinə zirehli texnikanın göndərilməsi xəbərinə - MÜNASİBƏT

Müdafiə Nazirliyindən cəbhə bölgəsinə zirehli texnikanın göndərilməsi xəbərinə - MÜNASİBƏT
Bütün Xəbərlər
15:22 02.08.2014
6135
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun cəbhə bölgəsinə zirehli texnika cəmləşdirməsi barədə yayılan informasiyalara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı APA- ya açıqlamasında qeyd edib ki, Azərbaycan öz hərbi texnikalarını ərazisi çərçivəsində hərəkət etdirməyə səlahiyyətlidir: "Keçirilən yerdəyişmələr planlı surətdə və istənilən istiqamətdə aparıla bilər. Biz bununla bağlı heç kimə hesabat verməli deyilik və verməyəcəyik”.

Qeyd edək ki, bu gün bəzi KİV-də Müdafiə Nazirliyin cəbhə bölgəsinə zirehli texnika toplaması barədə məlumatlar yayılıb.

OXŞAR XƏBƏRLƏR