"Müharibə dövründə Rusiyadan Ermənistana silah tədarükünün yollarını izləyirdik"

"Müharibə dövründə Rusiyadan Ermənistana silah tədarükünün yollarını izləyirdik"
SİYASƏT
16:05 29.04.2022
639
"Ermənistanda Qarabağdakı müharibəyə Rusiyanın müdaxilə edəcəyinə dair böyük gözləntilər vardı, amma belə olmadı. Çünki Azərbaycan öz ərazisində vuruşurdu".

AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından istifadə edərək onları da münaqişəyə çəkməyə çalışıb. Amma həmin təşkilatın mandatı iştirakçı ölkələrin yalnız öz ərazisində xarici təhlükəyə qarşı müdafiəsini nəzərdə tutur.

"Biz öz ərazimizdə vuruşurduq. Ona görə də həmin məsələ baş tutmadı. Amma hamımız bildiyimiz kimi, 44 günlük müharibə boyu mütəmadi olaraq gündə bir neçə dəfə Rusiyadan Ermənistana silahla dolu yük təyyarələri gəlirdi. Biz Rostovdan, Mozdokdan bütün yolları izləyirdik. Biz gürcü dostlarımızdan hava məkanlarını bağlamalarını istədik, onlar da bunu etdilər. Biz gürcü dostlarımızdan Rusiyadan Ermənistana Gürcüstan vasitəsilə silah daşımalarında istifadə olna bilən yerüstü yolunu da bağlamağı istədik, bunu da etdilər, ona görə onlara minnətdarıq. Xəzər sahili ölkələrin hamısına Rusiyadan silah yüklü təyyarələri Ermənistana buraxmamaları üçün məktub göndərdik. Bu məktubları Qazaxıstana, Türkmənistana, İrana göndərdik”, - deyən Prezident təəssüflə əlavə edib ki, həmin təyyarələr Ermənistana sözügedən ölkələr üzərindən uçurdu.

"Belə olub, 44 günlük müharibənin bu üzünü gizləməli deyilik. Amma Ermənistanın gözləntiləri daha çox olub. Onlar elə bilirdi ki, Rusiya ordusu gəlib vuruşmalı, separatçılığı müdafiə etməlidir. Amma bunlar baş vermədi”, - deyən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu da Ermənistanda məyusluqğa səbəb oldu, çünki illər ərzində onlarda belə bir arxayınlıq yaranmişdı ki, hamı onlara borcludur, onlar üçün vuruşacaqlar, onlara pul verəcəklər. Hər bir ölkənin tarixində faciəli məqamlar var. Onların əsas problemi budur ki, ideologiyalarını məhz bunun üzərində qurublar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
16:56 08.10.2026
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
Cəbrayılda mina partladı - Xəsarət alan var
16:42 08.10.2026
Cəbrayılda mina partladı - Xəsarət alan var
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
16:34 08.10.2026
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
16:32 08.10.2026
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
16:25 08.10.2026
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
16:20 08.10.2026
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
16:19 08.10.2026
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
16:16 08.10.2026
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
16:08 08.10.2026
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
16:05 08.10.2026
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
16:02 08.10.2026
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
15:47 08.10.2026
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat
15:46 08.10.2026
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat
“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”
15:31 08.10.2026
“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”
Könül Nurullayeva: Azərbaycanın Mərkəzi Asiyada rolu daha da güclənir
15:08 08.10.2026
Könül Nurullayeva: Azərbaycanın Mərkəzi Asiyada rolu daha da güclənir
Rəna Abbasovaya yüksək vəzifə verildi
14:55 08.10.2026
Rəna Abbasovaya yüksək vəzifə verildi