"Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb"

"Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb"
SİYASƏT
20:21 28.09.2021
1097
"Biz, əlbəttə, bu ittihamları rədd edirik. Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb".

Bu fikirləri sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın "France-24” televiziya kanalına müsahibəsində "Hərbi əsirlərə gəldikdə, "Human Rights Watch” Azərbaycanı onları saxlamaqda, onlara işgəncə verilməsində ittiham edir. Buna cavabınız necə olardı? Xoşməramlı jest kimi, Ermənistanla onları mübadilə etməyə hazırsınızmı?" sualını cavablandırarkən deyib.

Prezident bildirib: "Ermənistan hökuməti bunu təsdiq edə bilər. Biz onları, hətta onlar bizim hərbi əsirləri qaytarmazdan əvvəl qaytardıq. QHT-lərin istinad etdiyi həmin şəxslərə gəldikdə, onlar müharibə başa çatdıqdan və noyabr Bəyannaməsi imzalandıqdan iki həftə sonra Ermənistanın hərbi komandirləri tərəfindən bizim mövqelərə doğru göndərilmişdilər və beləliklə, dörd azərbaycanlı hərbçini qətlə yetirərək cinayət törətmişlər. Onlar zərərsizləşdirildi və həbs olundular. Cinayətdə iştirakı olmayanların çoxu artıq qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilib".

Sonra Azərbaycan Prezidenti "Ermənistan isə iddia edir ki, siz hələ də hərbi əsirləri saxlayırsınız və həqiqəti söyləmirsiniz" sualını cavablandırıb:

"Xeyr. Həmin saxlanılmış şəxslər sinifləşdirməyə, bütün beynəlxalq konvensiyalara uyğun olaraq, hərbi əsir hesab edilə bilməz. Hərbi əsirlər müharibə zamanı əsirliyə düşmüş insanlar hesab edilir. Noyabrın 10-da müharibə dayandırıldı. Dekabrın əvvəlində biz azad etdiyimiz ərazidə erməni təxribat dəstəsinin 62 üzvünü aşkar etdik. Onlar əraziyə noyabrın 26-da göndərilmişdi. Yəni, müharibə bitdikdən 16 gün sonra. Onlar hərbi əsir hesab edilə bilməz və biz onların çoxunu xoşməramlı jest kimi artıq qaytarmışıq. Lakin burada qalıb cəzasını çəkən şəxslər cinayət törədib və onlar ədalət mühakiməsi qarşısında cavab verməli idilər və bu, belə də oldu".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat
20:59 09.10.2026
Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
20:55 09.10.2026
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
Cibində nadir quşları təyyarədə keçirmək istədi - Saxlanıldı
20:50 09.10.2026
Cibində nadir quşları təyyarədə keçirmək istədi - Saxlanıldı
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb
20:47 09.10.2026
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb
Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi
20:40 09.10.2026
Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi
Şəkidə avtoqəza olub, sürücü ölüb
20:36 09.10.2026
Şəkidə avtoqəza olub, sürücü ölüb
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
20:31 09.10.2026
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt - Foto
20:27 09.10.2026
İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt - Foto
Vinçenzo Montella Türkiyə millisindən qovuldu
20:21 09.10.2026
Vinçenzo Montella Türkiyə millisindən qovuldu
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
20:16 09.10.2026
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib
20:10 09.10.2026
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib
Masazırda “Mercedes Vito” yanıb
20:04 09.10.2026
Masazırda “Mercedes Vito” yanıb
Gələn həftə Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək
20:03 09.10.2026
Gələn həftə Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək
AZAL-ın Moskva istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıldı
19:58 09.10.2026
AZAL-ın Moskva istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıldı
Mirzoyan Hakan Fidanla telefon danışığı apardı
19:56 09.10.2026
Mirzoyan Hakan Fidanla telefon danışığı apardı
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
19:48 09.10.2026
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ