Mülayim hava nə vaxta kimi davam edəcək?

Mülayim hava nə vaxta kimi davam edəcək?
Bütün Xəbərlər
14:10 03.01.2013
1538
Azərbaycanda mülayim qış havası davam edəcək. Yanvarın 4-də ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 1-4, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.Yanvarın 4-dən 6-dək Abşeron yarımadasında davam edən mülayim qış havası meteohəssas insanlar üçün, əsasən, əlverişli olacaq.Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən, dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 7-12 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR