AZXEBER.COM xəbər verir ki, şəhərin Nizami küçəsində (Tarqovı) yerləşən restoranlar və kafelərdə qiymətlər qalxıb.
Şəhərin prestijli kafelərindən sayılan "Mumm Cafe Lounge"də bir stəkan çayın qiyməti 2 manat 20 qəpik olub. Bundan öncə isə kafedə çayın qiyməti 1 manat 40 qəpik idi. Kafe işçiləri bahalaşmanın səbəbini mövümlə əlaqələndiriblər, onların dediyinə görə, yay mövsümi olduğundan kafeyə tələbat çoxalıb və bu səbəbdən qiymət artımı müşayiət olunur.
Eyni bahalaşma "Araz" kafesində və "Pizza İnn" restoranında də hiss olunur.
İqtisadçı ekspert Firudin Əliyev AZXEBER.COM-a açıqlamasında bu cür bahalaşmanın yolverilməz olduğunu və bütün kafelərin eyni anda qiymətləri qaldırmasının qanunsuz olduğunu deyib: Qiymət artımının eyni anda eyni məkanda yerləşən bütün məşhur kafelərdə olması təsadüfi sayıla bilməz. Ola bilər ki, kafelərin yer pulunda artım olub və ya kafe sahibləri özləri özbaşına bu cür artım ediblər. Bunu mövsümlə əlaqələndirmək düzgün olmaz. Əhalinin maddi vəziyyətini nəzərə alsaq, bir çayın 2.20 qəpiyə olması başadüşülən deyil. Bir stəkan çayın dəyəri heç 20 qəpik deyil. Bu o deməkdir ki, kafe sahibləri məhsulun üzərinə 10 dəfədən də çox pul qoyublar. Düşünürəm ki, bununla bağlı tədbir görülməli və qiymətlər əhalinin cibini uyğun olmalıdır"