"Müsavat və AXCP bu gündən bizi qəbul etmirlərsə, biz də onları dünəndən tanımır və qəbul emirik"

"Müsavat və AXCP bu gündən bizi qəbul etmirlərsə, biz də onları dünəndən tanımır və qəbul emirik"
Bütün Xəbərlər
00:37 24.08.2011
1582
Müsahibimiz Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur . - Sərdar bəy, "İctimai Palata" deyilən qurumun "yol xəritəsi" adlı layihəsinin perspektivinə necə baxırsınız?- Düşünürəm ki, "İctimai Palata"nın "yol xəritəsi" adlı layihəsinin əsas mahiyyəti Azərbaycanda ikipartiyalı siyasi sistem görüntüsü yaratmaqdan ibarətdir. Bu gün biz dünyanın demokratik ölkələrinin ümümi inkişafına nəzər salsaq görərik ki, ABŞ istisna olmaqla, dünyanın heç bir ölkəsində real ikipartiyalı siyasi sistem yoxdur. Fikrimcə, real ikipartiyalı siyasi sistem iki halda ola bilər. Burada ya dövlət özü əvvəlcədən mühacir dövlət olsun, ya da həmin dövlət demokratiyanın inkişafının zirvəsində olmalıdır. Yəni, həmin dövlət çoxpartiyalı siyasi sistemdən keçməlidir. Digər tərəfdən də, həmin dövlət yalnız öz iç siyasətindən yox, həm də dünya siyasəti ilə məşğul olmalıdır. İndiki halda isə, bu üç kriteriya Amerikaya cavab verdiyinə görə bu ölkədə ikipartiyalı sistem mövcuddur. Amma yerdə qalan inkişaf etmiş bütün demokratik ölkələrdə çoxpartiyalı siyasi sistem fəaliyyət göstərir. Çoxpartiyalı siyasi sistemdə hər hansı bir partiya ləğv olunursa, bu, təkpartiyalı siyasi sistemə keçidin qarşısını alır. Əgər demokratik müxalifət neytrallaşdırılsa, ortaya islam siyasi qüvvələri çıxacaq. İslamçıları da neytrallaşdırdıqdan sonra, yenidən ortaya üçüncü bir qüvvə çıxacaq. Ona görə də, biz bu plüralizmi qoruyaraq plüralizm uğrunda mübarizə aparmalıyıq. Burada AXCP və Müsavatın ən böyük günahı ölkədə ikiqütblü bir sistem ideyasını vermələridir ki, bu da, əslinə baxanda təkpartiyalı bir siyasi sistemə keçməyə xidmət edir. İkicisi, onların təklifləri Azərbaycanda demokratiyanın genişləndirilməsinə yox, məhdudlaşdırilmasına gətirib çıxara bilər. Burada diqqətlə fikir versəniz, görərsiz ki, sözügedən qurumun "yol xəritəsi" adlı layihədə daha çox hakimiyyət məsələləri ortaya qoyulur. Yəni, həmin layihədə cəmiyyətin özünün demokratikləşməsi məsələsi ortaya qoyulmur. Halbuki, cəmiyyətin özünün dəyişilməsinə gətirib çıxaran müddəalar qoymalıyıq ki, cəmiyyət özü-öz içindən öz hakimiyyətini müəyyənləşdirsin. "İctimai Palata" isə elə şərtlər irəli sürür ki, sanki həmin o şərtlər daxilində özünün hakimiyyətə gəlməsini və indiki hakimiyyəti dəyişilməsini irəli sürür. Cəmiyyətin isə dəyişilməsi qalıb bir qıraqda. Bir sözlə, "İctimai Palata" deyilən bir qurumun "yol xəritəsi" adlı layihəsində cəmiyyəti dəyişdirməyin heç bir müddəası yoxdur. Onların özləri 30 nəfərlik bir təşkilatın içində demokratiyanı genişləndirmək və onu bir nümunə olaraq ortaya qaymaq əvəzinə, orada elə müddəalar irəli sürürlər ki, həmin müddəalar əsasında Azərbaycanda avtoritar rejim yaradılmasına səylər göstərilir. Bu baxımdan, "İctimai Palata"nın "yol xəritəsi" adlı layihəsini ölkəmizdə demokratiyaya zərbə kimi dəyərləndirirəm.- Müxalifət partiyalarının əksəriyyəti "İctimai Palata"nın irəli sürdüyü ideyaları dəstəkləmədiyi halda, onların uğur qazanmaları nə dərəcədə real görünür?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik