Müsavatçı gənclərin saxta seçkiləri aranı qarışdırdı - RƏYLƏR

Müsavatçı gənclərin saxta seçkiləri aranı qarışdırdı -  RƏYLƏR
Bütün Xəbərlər
15:35 19.11.2013
1360

Ötən bazar Müsavat Gənclər Təşkilatına yeni sədrin seçilməsindən sonra seçkilərin saxtalaşdırılması ilə bağlı iddialar səslənməyə başlayıb. Əhliman Abbasovun qarşıdakı dövrdə partiyanın gənclər təşkilatına rəhbərlik etməsi istər sosial şəbəkələrdə, istərsə də müsavatçı gəncləri arasında etirazlara səbəb olub.

Ə.Abbasın rəqibi Rüfət Hacıbəylinin sədrliyə layiq olduğunu deyən müsavatçı gənclər sosial şəbəkələrdə partiya rəhbərliyinin seçkilərin saxtalaşdırılmasında birbaşa iştirak etdiyini bildiriblər.

Məsələylə bağlı partiya rəsmiləri açıqlamalar versə də, Rüfət Hacıbəylinin sədr olmasını istəyən bir qrup gənc bütün iddiaların yalan olduğunu və seçki saxtakarlığında birbaşa Müsavat başqanın iştirak etdiyini bildiriblər.

“İsa Qəmbər saxtakarlıq etməklə öz qurdunu öldürür”.

Zərdüşt Əlizadə Müsavat Gənclər Təşkilatında seçkiləri ilə bağlı səslənən iddiaları dəyərləndirərkən şok effekti yaradacaq ittihamlar səsləndirib.

Politoloqun fikrincə, Müsavat başqanı İsa Qəmbər böyük saxtakarlıq etmək üçün məkan tapmadığı üçün Müsavat Gənclər Təşkilatının konfransının saxtalaşdırmaqla öz qurdunu öldürür.

“İsa Qəmbər böyük saxtakarlıq etmək üçün məkan tapmır və Müsavat Gənclər Təşkilatının konfransının saxtalaşdırmaqla, öz qurdunu öldürür. 1989-cu ildə AXC-nin təsis konfransında 25 nəfər ordubadlını zala doldurub, Əbülfəz Elçibəyi sədr seçdilər. Heç kimin bu seçkidən və onun nəticələrindən xəbəri olmadı”.

Onun sözlərinə görə, AXC-nin təsis konfransında sədr seçkiləri də İsa Qəmbərin rəhbərliyilə saxtalaşdırılıb:

“Bundan sonra İsa Qəmbər Milli Məclisin sədri olaraq Prezidentin səlahiyyətlərini icra edən zaman 7 iyun 1992-cü il prezident seçkilərini saxtalaşdırdı. Bununla da hakimiyyətin qəsb olunmasına şərait yaratdı. Yəni bu adam mahiyyət və xarakter etibarilə saxtakar adamdır. Bir ev ki, əyri tikilə və onun özülü zay ola, ondan heç zaman ev olmaz. İndi də görünür İsa Qəmbər böyük saxtakarlıq etmək üçün məkan tapmır və Müsavat Gənclər Təşkilatının konfransının saxtalaşdırmaqla, öz qurdunu öldürür”.

“İsa Qəmbərin bu prosesdə tərəf kimi iştirakı müxalifətçi gənclərə dərs olmalıdır”.

Yeni Azərbaycan Partiyasının Gənclər təşkilatının sədri Seymur Orucov AZXEBER.COM-a açıqlamasında Müsavat Gənclər təşkilatının konfransı ətradında baş verənlərdən təəccüblənmədiyini bildirib:

“Bu Müsavat Gənclər Təşkilatında və digər radikal müxalif gənclər təşkilatlarından baş verən ilk belə hadisə deyil. Bu həm də onu göstərir ki, müsavatçı gənclər heç də iddia etdikləri kimi, dövlətin və xalqın maraqları naminə deyil, öz şəxsi mənafeləri naminə fəaliyyət göstərirlər. Düşünürəm ki, onlar yanılır və Müsavat Gənclər təşkilatına kimin rəhbərlik etməsi önəmli məsələ deyil. O səbəbdən ki, artıq nəinki partiyanın gənclər təşkilatı, bütövlükdə Müsavat Gənclər Təşkilatının özü bir siyasi təsisat kimi iflasa uğrayıb, baş verən hadisəni mən həm də ömrünün ən gözəl çağlarını müxalifətçiliklə keçirən gənclərin məyus olmasını və öz liderlərinin əsl mahiyyətindən xəbərdar olmaları ilə bağlıdır. Müsavat başqanı bu prosesdə tərəf kimi iştirakı ona və onun kimi digər ənənəvi müxalifət liderlərinə inanan gənclərə dərs olmalıdır”.

Məsələylə bağlı hələlik Müsavat başqanı İsa Qəmbər heç bir açıqlama verməsə də, artıq seçkilərin saxtakarlıqla keçirilməsi ilə bağlı iddialar bir sıra fərqli mənbələrdən də təsdiqini tapıb.

Xatırladaq ki, bundan Müsavat GT-nin bundan öncəki seçkiləri də yadda qalmışdı və nəticələr ləğv olunmuşdu 

AZXEBER.COM 

OXŞAR XƏBƏRLƏR