Müsavatdan "Xural"a dəstək gəldi

Müsavatdan "Xural"a dəstək gəldi
Bütün Xəbərlər
19:20 21.10.2011
1051
Müsavat Partiyası "Xural" qəzetnə təzyiqlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Hakimiyyətin mətbuata qarşı repressiyaları günbəgün güclənməkdədir. Son günlər “Xural” qəzeti ciddi təqiblərlə, təzyiqlərlə üzləşib. Qəzet gündəlik nəşrə başlayandan sonra ona qarşı müxtəlif təxribatlar həyata keçirilir. “Xural”ın əməkdaşı Aydın Canıyev bu yaxınlarda həbs edilib. Dünən isə qəzetin bütün əmlakı məhkəmə icraçıları tərəfindən müsadirə olunub. Mətbəələr “Xural”ı nəşr etməkdən imtina edib. Bütün bunlar göstərir ki, əslində qəzetə qarşı hakimiyyət tərəfindən məsədyönlü repressiya kampaniyası başlayıb.
OXŞAR XƏBƏRLƏR