ABŞ-ın Çikaqo şəhər məhkəməsində 34 yaşlı Briana Trevisin prosesi başa çatıb.
Milli.Az Daily Mirror-a istinadən bildirir ki, 13 yaşlı şagirdinə təcavüz etdiyi və bu oğlanı dəfələrlə cinsi əlaqəyə vadar etdiyi sübut edilən musiqi müəlliməsi 14 il müddətinə azadlıqdan məhrum olunub.
stintaq materiallarına görə, müəllimə ilə şagird arasında əxlaqsız əlaqə 2015-ci ilin iyun-oktyabr aylarında yaşanıb.
Briana Trevis Çikaqo şəhərinin cənub həndəvərindəki Vebsterdə yerləşən Webster Middle School-da çalışırdı.
Prokuror Ceyson Qrindelin dediyinə görə, əxlaqsız müəllimənin daha bir şagirdlə "əlaqə"də olduğu barədə də ilkin məlumatlar var.