Müxalifət 'Tarqovı'da parlamentin buraxılmasını tələb etdi - VİDEO

Müxalifət
Bütün Xəbərlər
00:08 21.10.2012
2942
Bu gün bir sıra gənclər təşkilatları Fəvvarələr Meydanında Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərir.APA-nın aksiyanı işıqlandıran əməkdaşlarının verdiyi məlumata görə, razılaşdırılmamış aksiyanın qarşısı tamamilə alınıb. Bildirilənə görə, flaş-mob şəklində keçirilmiş aksiyada 200-ə qədər gənc iştirak edib. Aksiya zamanı AXCP və Müsavat Partiyasının, həmçinin bir neçə gənclər təşkilatının fəallarının saxlanılması barədə məlumatlar var. Onların arasında AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Asəf Quliyev, İsa Qəmbərin oğlu Turqut Qəmbərin olduğu bildirilir. Aksiya cəhdi zamanı saxlanılanlar barədə hələlik rəsmi məlumat yoxdur. ***15.21Fəvvarələr Meydanında 20-yə qədər gənc parlamentin buraxılması şüarı ilə aksiya keçirməyə cəhd edib. Polis cəhdin qarşısını alıb. Bir neçə nəfər saxlanılıb. Saxlanılanların şəxsiyyəti dəqiqləşdirilir. ****14.59Aksiyanın keçirilməsi nəzərdə tutulan ərazi polis tərəfindən nəzarətə götürülüb. Hələlik Fəvvarələr Meydanında aksiya iştirakçıları görünmür, ərazidə yalnız polislər və jurnalistlər var. Saat 14.35-də “AzadlıqRadiosu” bir qrup gənc fəalın Müsavat Partiyasından «İstefa», «Parlament buraxılsın» şüarları ilə çıxaraq yürüş etmək istədikləri barədə məlumat yayıb. Məlumatda qeyd olunub ki, az sonra onlar saxlanıb və aksiya dağıdılıb. Müsavat Partiyasından APA-ya verilən məlumata görə isə, bir qədər əvvəl polis partiya qərargahı qarşısında 20-dək şəxsi saxlayıb. Saxlanılan şəxslər Binəqədi rayonu 5-ci Polis Bölməsinə aparılırlar. Müsavat Məclisinin sədri Arzu Səmədbəyli APA-ya bildirib ki, onunla yanaşı 11 Məclis üzvü saxlanaraq polis bölməsinə gətiriliblər: “Saxlananlar arasında partiyanın gənclər təşkilatının fəalları da var”. Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov dünən APA-ya açıqlamasında Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya cəhdinin qarşısının alınacağını bildirib. Dünən həmçinin aksiya təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb, onlara bununla bağlı rəsmi xəbərdarlıq edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Baş nazir: İsrailin Tramp qədər yaxşı dostu olmayıb
17:37 19.06.2025
Baş nazir: İsrailin Tramp qədər yaxşı dostu olmayıb
"İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub"
17:28 19.06.2025
"İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub"
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
17:23 19.06.2025
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
17:09 19.06.2025
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib