‘Müxalifətin ötən 20 ildəki məğlubiyyətləri cəmiyyətin onlara etimadını azaldıb’ – MÜSAHİBƏ

‘Müxalifətin ötən 20 ildəki məğlubiyyətləri cəmiyyətin onlara etimadını azaldıb’ –  MÜSAHİBƏ
Bütün Xəbərlər
13:28 15.04.2013
1129

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin AZXEBER.COM-a müsahibəsini təqdim edirik.

-Prezidentliyə namizəd kimi, partiya olaraq seçkilərə necə hazırlaşırsınız?

- Seçkilərə bir neçə istiqamətdə hazırlaşırıq. Birinci seçilərin təşkilatı hazırlığıdır. Daha sonra ideoloji və texnoloji hazırlıq var.

-Təşkilati hazırlıq nədən ibarətdir?

- Təşkilati hazırlıq elan etdiyimiz məqamlardır, dairə təşkilatları üzrə şəbəkəmizi formalaşdırmağa başlamışıq və bunu daha da inkişaf etdiririk.

-Bəs hazırlığın ideoloji tərəfləri nədir?

- Seçkiyə hazırlıq qərarı ilə ilk olaraq partiyanın simvolları elan edildi, gerbi təsqiləndi. Seçkinin təbliğat-təşviqat materiallarının layihələri hazırlanır, şüarı hazırlanır. İdeoloji tərəf seçkinin proqramı olacaq. Hazırlanan proqrama müvafiq seçkilərdə nəyi hədəfləyirik, necə fəaliyyət göstəririk və qalib olarsaq, hansı işləri görməyi öhdəliyimizə götürürük.

-Seçkiyə hazırlığın texnoloji aspektləri necə həyata keçirilir?

- Seçkinin keçirilməsi üçün seçki məntəqələrində fəaliyyət göstərəcək müşahidəçilər korpusunun hazırlığı, vəzifələrinin nədən ibarət olmasının izah edilməsi kimi işlər. Bunun üçün kurslar, təlimlər keçirəcəyik. Seçkinin texnoloji hazırlığı bundan ibarətdir.

-Partiya simvolu olaraq narı seçmisiniz. Bu seçiminiz nə ilə bağlıdır?

- Biz məhz parçalanmış narı simvol seçmişik. Bu da təsadüfi deyil. İlk olaraq bu meyvənin adı dinimizin müqəddəs kitabı “Quran”da adı çəkildiyinə görə seçmişik. Parçalanması isə torpaqlarımızın bu gün parçalanmış vəziyyətdə olmasına işarədir. Babalarımızın qurduğu dövlətin bir hissəsi bu gün Azərbaycandan ayrıdır.

- Seçicilərin inamını qazanmaq üçün nə etmək fikrindəsiniz?

- Bizim keçirəcəyimiz kampaniya ilə, platformada əksini tapacaq müddəalarla bağlıdır. Seçicilərin etimadını qazanmaq niyyətimizi ifadə edəcəyik. Çünki bu gün xüsusən müxalifətdə duran siyasilərçün cəmiyyətin etimadını qazanmaq birinci şərt olmalıdır. Müxalifətin ötən 20 ildəki məğlubiyyətləri cəmiyyətin onlara etimadını azaldıb. Çalışacağıq ki, bu etimadı yenidən qazanaq.

Ceyhun

OXŞAR XƏBƏRLƏR