Aleksandr Ankvab xəsarət almasa da, cangüdəni ölüb
Qondarma Abxaziya respulikasının başçısı Aleksandr Ankvaba qarşı sui-qəsd cəhdi olub. "İnterfax" agentliyinin Rusiyadakı Abxaziya səfirinə istinadən verdiyi məlumata görə, Aleksandr Ankvabın olduğu avtomobil atəşə tutulub. Respublika başçısı özü xəsarət almayıb, lakin onun cangüdəni ağır yaralanıb. Ankvabın avtomobili o, Suxumiyə işə gedərkən Qudauta şəhəri yaxınlığında avtomatdan atəşə tutulub.