''My name is İntiqam' bu işdə bir körpü olacaq' - Filmin rejissoru

MƏDƏNİYYƏT
18:36 05.12.2014
4283
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə "My name is İntiqam" filminin premyerası olub. 
Filmdə Azərbaycanın cənubunda ucqar kənddə yaşayan 25 yaşlı İntiqamın həyatından bəhs edir. Nənəsi İntiqamın qoyunlarla rəqsini çəkib Youtube saytına yerləşdirir. Youtube`da 10 milyondan çox baxış toplayan İntiqamın həyatı dəyişir. Bakıdan ona dəvət gəlir və o Bakıya gəlməli olur. Baş qəhrəmanın saflığından istifadə edib ilin ən çox baxılan videosunun müəllifinə ayrılmış 2 milyon manatı mənimsəmək istəyirlər. çox keçmir əvvəlcədən hazırlanmış hiylənin üstü açılır və fırıldaqçılar istəklərinə nail ola bilmirlər. Kənd həyatına alışan İntiqam şəhərdə bir – birindən gülməli vəziyyətlərə düşür. Sonda mükafatın təqdimat mərasimində qalmaqal yaşanır və Youtube üçün növbəyi baxış sayı toplaya biləcək videoya zəmin yaranır.
Filmin rejissoru Emil Abdullayevin AZXEBER.COM-a müsahibəsini təqdim edirik:
- Emil bəy, filminiz "My name is İntiqam" filmi cəmiyyətdə böyük əks-səda doğurdu. Belə bir reaksiyanın olacağını gözləyirdinizmi?
- Bəli, biz filmimizə güvənirdik və tamaşıçılarımızın bizi tək qoymayacağına inanırdıq. Buna görə hər kəsə təşəkkür edirik.
- Bu film həm də ölkəmizdə komediya janrında çəkilən ilk filmdir. Sizcə Azərbaycan tamaşaçısı nəyə gülür və bu film onların səviyyəsinə uyğundurmu?
- Biz yaradıcı heyət olaraq filmə başlamamışdan əvvəl bəzi müşahidələr aparmışdıq ki, bizim tamaşaçı nəyə gülür. Mən özüm film hazır olduqdan sonra bir neçə dəfə filmi izlədikdən sonra istədiyimizi əldə edə bildiyimizi anladım. Düşünürəm ki, biz tamaşaçının nə istədiyini, onlara verə bildik.
- Türkiyə ilə müqayisədə Azərbaycanda film sənayəsi çox geri qalır və oranın tamaşaçısı komedyenləri səmimi qəbul edirlər, bizdə isə fərqlidir. Sizcə səbəb nədir?
- Bunun səbəbi bizdə filmlərin olmamasıdır. "My name is Intiqam" filmi bu işdə bir körpü olacaq və artıq tamaşaçılarımız kino mərkəzlərində öz filmlərimizi izləyəcəklər.
 
- "My name is İntiqam"la tamaşaçıya nə mesaj verdiz?
- "My name is Intiqam" filmi ilə bizdə də film var və çox gözəl də alınır. Bununla dedik ki, biz heç kimdən geri qalmırıq.
 
- Bu yaxınlarda daha bir filmin "Xoxan"ın təqdimatı olacaq. Sizcə Azərbaycanda komediyalar tutacaqmı?
- Bəli, hamısından xəbərimiz var və bütün bu sahədə əziyyəti olan qardaşlara da əziyyətlərinin bəhrəsini görməsini arzu edirəm. Çünki, bu filmlər heç də göründüyü kimi asan başa gəlmir, hər bir filmin necə çətinliklərlə başa gəldiyini bir rejissor kimi mən bilirəm. Bu yaxınlarda "Xoxan" "Bozbash Pictures" və başqa filmlər gəlir. Hər bir filmə bizdə bir tamaşaçı kimi biletimizi alıb izləyəcik. Bütün bunlar Azərbaycan filminə xidmətdir. Dəstək olub yerli filmlərimizi qaldırmaq lazımdır.
- Sizcə Azərbaycanda nəyə görə Cem Yılmazlar, Beyazlar, Okan Bayülgenler yetişmir?
- Azərbaycanda adlarını çəkdiklərinizdən daha istedadlı insanlar var, sadəcə bunları işıqlandıranlar kömək edənlər yoxdur. Tədricən hər şey yaxşı olacaq.
- Son olaraq filminizin tamaşaçılarına nə demək istərdiz...
- Biz əziyyətimizi sizin öhdənizə buraxmışıq, gedin izləyin qiymət verin. Ən azından kinoteatrların önündə yalnız başqa olkələrin məhsulu olan filmlərin posterin yox yerli filmlərin posterlərin görmək istəyirsinizsə. Yerli filmlərimizi izləməklə dəstək olun.
Hacıbəy Heydərli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı