Nadir Qafarzadə canlı efirdə Allahı söydü? - VİDEO

Nadir Qafarzadə canlı efirdə Allahı söydü? -  VİDEO
Bütün Xəbərlər
11:25 08.01.2014
5694

Xəbər verdiyimiz kimi SpaceTV-də yayımlanan “Sizin saat” verilişinin çəkilişində Nadir Qafarzadə ilə Elşad Miri arasında qalmaqal baş verib.

AZXEBER.COM xəbər verir ki, ilahiyyatçı Nadir Qafarzadənin dini və Allahı təhqir etdiyini "Facebook" hesabında yazmışdı.

Sözügedən verilişin aparıcısı Kamran Həsənli musavat.com-a açıqlamasında verilişin tam olaraq göstəriləcəyini deyib: “Sadəcə, olaraq söyüş olan hissələri təbii ki, verməyəcəyik. Amma bütün görüntülər yayımlanacaq”.

Kamran Həsənli Elşad Miri ilə Nadir Qafarzadənin artıq barışdıqlarını da qeyd edib: “Qalmaqal onların öz aralarında oldu. 10 dəqiqə sonra bir-birilərini başa düşdülər və barışdılar. Nadir verilişdən çıxıb getmək istədi. Ancaq sonradan qayıtdı və müzakirələrimiz davam etdi. Amma dinin təhqir olunması kimi bir hal olmayıb. Veriliş efirə həftənin 4-cü günü, axşam saat 10-a qalmış yayımlanacaq”.

Dini təhqir etdiyi iddia edilən müğənninin fikirlərini də öyrənmək istədik. Ancaq N.Qafazadə telefon zənglərimizə cavab vermədiyi üçün cəhdlərimiz boşa çıxdı.

OXŞAR XƏBƏRLƏR