Azərbaycanlı model Fərid Abdullayev və "Zuhal Topalla izdivac” proqramında tanış olduğu həyat yoldaşı Nagehan Abdullayeva maraqlı açıqlamalar verib.
AZXEBER.COM-un "Sosial şəbəkə ulduzları" rubrikasının qonağı olan cütlük sevgi tarixçələri, ailə həyatları haqda danışıblar.
Nagehan deyib ki, bəzi qızlar seriallara o qədər çox baxırlar ki, artıq evli kişilərə meyl salırlar: Elə bir dövrə gəlmişik ki, artıq qızlara əlində üzük olan, evli kişilər daha cəlbedici gəlir, onlar daha çox evli kişilərə meyl salırlar. Bu da serialların təsirindəndir.
O həmçinin sosial şəbəkədə onu təhqir etdiklərini də deyib: "Bir dəfə yazmışdılar ki, Allah səni və balanı öldürsün. Polis vasitəsilə o adamı tapdıq. Başladı yalvarmağa ki, məni bağışlayın. Belə şeylər çox olur. Hətta yazılar şərhlərə görə südüm də kəsilib".
Fərid isə Nagehanın çox qısqanc olduğunu deyib.
Həmin videoreportajı təqdim edirik: