Namiq Həsənov: ''Avtobusların sayı qarışqa kimi çoxalmamalıdır''

Namiq Həsənov:
Bütün Xəbərlər
13:35 14.11.2012
1064
“Sərnişin avtobuslarının sayı qarışqa kimi çoxalmamalıdır. Avtobusların sayı nə qədər az olsa, sərnişindaşımada da keyfiyyət bir o qədər yüksək olar. Biz avtobusları ixtisara salmağa başlayanda paytaxtda 210 sahibkar və 317 avtobus xətti vardı. Biz onları endirdik 184 xəttə. Hazırda Bakıda 184 avtobus xətti, 68 daşıyıcı var”.Bu sözləri "Günə Baxan" verilişinin qonağı olan Nəqliyyat Nazirinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov paytaxtda avtobus xətlərində ixtisarların aparılması məsələsinə aydınlıq gətirərkən bildirib.Onun sözlərinə görə, ixtisarlar aparılarkən avtobus xətləri seçilir, kiçik tutumları yığışdırılır. Təkrar avtobus xətləri bağlanır. Namiq Həsənov deyir ki, ilk vaxtlar bu prosesin gedişatında sərnişinlər üçün müəyyən çətinliklər yaranacaq. Lakin vətəndaşalr buna tədricən öyrənəcəklər.
//anspress
OXŞAR XƏBƏRLƏR