BAKU AZƏRBAYCAN
7°C
euro 1.8398
dollar 1.7000
rubl 0.0224
lirə 0.2510

“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
İQTİSADİYYAT
12:23 22.02.2020
7625
İnformasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişməsinə xüsusi önəm verən "Nar”, bu sahədə təhsil alan gəncləri dəstəkləməyə davam edir. 

AZXEBER.COM-un məlumatına görə, ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində mobil operator İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsi tələbələrinin təhsilini dəstəkləmək üçün ADA Universitetinin  Təqaüd Fonduna öz töhfəsini verib.
Fevralın 21-də baş tutan növbəti "Akademik Mükəmməllik Günü”ndə  Lütfi Zadə adına təqaüd sahiblərinin adı açıqlanıb. Qeyd edək ki, bu təqaüdə layiq görülən tələbələr bir semestrin təhsil haqqından tamamilə azad olunurlar. 

Bundan başqa, "Nar” və ADA Universiteti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş istiqamətlər sırasında startap layihələrini dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına "Nar” əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər də mövcuddur.

"Nar”ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
 

 


OXŞAR XƏBƏRLƏR