"Nar" “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi - FOTOLAR

"Nar" “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi - FOTOLAR
İQTİSADİYYAT
16:47 16.09.2019
4094
Elm və təhsilin inkişafına xüsusi önəm verən "Nar” "Bilik günü” münasibətilə daha bir uğurlu sosial layihəsini həyata keçirib. Bu dəfə mobil operator kənd məktəblilərini sevindirib. "Nar” Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbin 1-ci sinif şagirdlərini bütün lazımi məktəb ləvazimatları ilə təmin edib. Bura məktəblilərin tədris ili dövründə istifadə edəcəkləri məktəbli çantası, dəftər, rəngli karandaşlar və digər dəftərxana ləvazimatları daxildir. Bununla da mobil operator məktəbə yeni qədəm qoyan uşaqlarda oxumağa həvəs yaratmağa çalışıb.

AZXEBER.COM xəbər verir ki, "Nar”-ın gəlişi uşaqların da sevincinə səbəb olub və onların bayramına bayram qatıb. Şagirdlər hadiyyələrə bigarə qalmayıblar. Onlar məktəbi uğurla başa vuracaqlarına, gələcəkdə ölkəmizə layiqli vətəndaş və öz peşələrinin ən yaxşı mütəxəssisi olacaqlarına söz veriblər.

Qeyd edək ki, "Nar” Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbə artıq 2-ci dəfədir ki, səfər edib. Mobil operator bu il aprelin 23-də Beynəlxalq Kitab Günündə məktəbin kitabxanasına 500-dən artıq kitab və elektron kitabxanaya giriş imkanı yaradan müasir kompüterlər hədiyyə etmişdi.

"Azerfon”-un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib ki, elm və təhsilin təbliği "Nar”-ın sosial layihələrinin vacib istiqamətlərindən biridir: "Bir neçə ay bundan öncə biz bu məktəbə kitablar hədiyyə edəndə uşaqların gözlərində yaranan sevinc işığ, oxuma həvəsi bizi bir daha bura gətirdi. Məqsədimiz odur ki, məktəbə yeni qədəm qoyan şagirdlər "Nar”-ın diqqətini hiss etsinlər. İnanırıq ki, bizim dəstəyimiz şagirdlərin təhsilə marağını daha da artıracaq və onlar gələcəkdə yüksək bilik əldə etməklə cəmiyyətimizin inkişafına öz təhfələrini verəcəklər”.

Məktəbin direktoru Valeh Niftiyev bu hədiyyələrin şagirdlərin daha yaxşı oxumasına stimul verəcəyini bildirib: "Bizim məktəblilər arasında bu vəsaiti almaqda çətinlik çəkən ailələr vardı. Bu onlar üçün xüsusilə böyük hədiyyə oldu. Bundan əvvəl "Nar”-ın bizim kitabxanaya tədim etdiyi kitablar şagirdlərin mütaliəyə marağını daha da artırdı. Təqdim edilən hədiyyələri bizə verilən yüksək dəyər kimi qiymətləndiririk və "Nar” a təşəkkür edirik”.

Qeyd edək ki, "Nar” məktəbləri kitabla və məktəb ləvazimatları ilə təmin etməyi artıq bir ənənə halına çevirib. Mobil operator uşaqlada kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaq məqsədilə uğurlu layihələr icra edib.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı