“Nar” Milli Mətbuat Günündə media nümayəndələrini intellektual yarışda bir araya topladı

“Nar” Milli Mətbuat Günündə media nümayəndələrini intellektual yarışda bir araya topladı
İQTİSADİYYAT
17:26 22.07.2019
3341

Ölkənin ən gənc mobil operatoru "Nar”, 22 iyul - Milli Mətbuat Gününü media nümayəndələri ilə birgə qeyd edib. Mobil operator 35 media orqanını təmsil edən 80-ə qədər media nümayəndəsini artıq ənənə halını alan intellektual yarışmada bir araya toplayıb.

AZXEBER.COM xəbər verir ki, bilik yarışmasında 15 komanda iştirak edib. İntellekt yarışında artıq ikinci ildir ki, qalibiyyəti əldən buraxmayan "Komanda” komandası 1-ci yeri, "Report” İA-ni təmsil edən komanda 2-ci, "Azxəbər” komandası isə 3-cü yerləri tutublar. Qalib komandalara "Nar” tərəfindən xüsusi hədiyyələr təqdim edilib. Qeyd edək ki, yarış iştirakçılarına 7 tur boyunca ümumi biliklərlə yanaşı, milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlik dərəcələrində suallar verilib.

"Bugün Zərdabi davamçıları olaraq sizləri intellektual yarışda bir arada görməkdən böyük qürur hissi duyuram. İctimaiyyətin məlumatlandırılmasına, maarifləndirməyə, düzgün dəyərlərin təbliğinə yönəlik əvəzsiz əməyiniz üçün "Nar” adından bütün media nümayəndələrinə təşəkkür edir, məsuliyyətli və şərəfli peşə yolunuzda uğurlar diləyirəm”, - deyə "Azerfon” MMC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov Milli Mətbuat günü münasibətilə keçirilən tədbirdə bildirib.

Qeyd edək ki, 22 İyul Azərbaycan Respublikası Milli Mətbuat və Jurnalistika günü kimi qeyd olunur. Bu gün milli mətbuat tarixinin başlanğıcı hesab olunan Həsən bəy Zərdabinin 1875-ci ildə təsis etdiyi "Əkinçi” qəzetininin ilk sayının nəşr edildiyi gündür.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
19:10 31.07.2026
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
18:58 31.07.2026
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir